Komadaykən uşaq dünyaya gətirdi - FOTO
Feat.Az xəbər verir ki, Arteriovenöz malformasyon səbəbiylə Oktyabr ayından bəri xəstəxanada yatan 42 yaşındakı Katherine Boulton, beyin qanaması nəticəsində 6 dəqiqəliyinə öldü və möcüzəvi bir şəkildə koma əsnasında körpəsini dünyaya gətirdi.
Nadir görülən damarlar arasındakı anormal əlaqələr səbəbiylə beyninə oksigen getməyincə, Katherinenin ürəyi döyündü. Həkimlər, yaşaması üçün 2 uşaq anası olan həmin qadını komaya aldı. Şüuru bağlı olan hamilə qadın, buna baxmayaraq qızını dünyaya gətirdi.
31 həftəlikkən sağlam bir şəkildə dünyaya gələn Phoebe adlı körpə, hələ anasıyla tanış ola bilməyib. Phoebe, doğumdan sonra infeksiya qapsa da, həyat mübarizəsini qazandı. Həkimlər, körpəni qorumaq və daha yaxşı inkişafını təmin etmək üçün anayla qızını bir araya gətirmir. Katherine, hər keçən gün daha yaxşı olur. O hətta danışmağa belə başlayıb.