60 yaşlı qadın əkiz uşaq dünyaya gətirdi
Avstriyada 60 yaşlı qadın əkiz uşaq dünyaya gətirib.
FeaT.az xarici mətbuata istinadən xəbər verir ki, anayla körpələrinin vəziyyəti yaxşıdır. Avstriyada 45 yaşından yuxarı xanımların süni mayalanma yolu ilə hamilə qalmaları qadağan edildiyindən həmin qadın bu prosesi ölkədən kənarda etdirib.
O, 3 il əvvəl də bu yolla bir qız uşağı dünyaya gətirib.