"Məni maaş yox, Azərbaycanla oyun düşündürür" - Kapello
"Artıq start heyəti bəllidir. Ancaq bunu sizinlə bölüşməyi düşünmürəm. Əsas odur ki, futbolçular bilirlər. İqor Akinfeyev qapıda olacaq".
Qol.Az-ın "championat.ru" saytına istinadən verdiyi məlumata görə, bu sözləri Rusiya yığmasının baş məşqçisi Fabio Kapello millimizlə yoldaşlıq oyunu öncəsi keçirdiyi mətbuat konfransında deyib.
İtaliyalı mütəxəssis millimizlə görüşdə yeni futbolçulara şans verəcəyini deyib: "Maaş? Bu, ağlıma gələn ən son fikirdir. Azərbaycan və daha sonra Lixtenşteynlə yaxşı oyun keçirmək üçün buradayam. Azərbaycanla görüşdə daha öncə heç oynamamış və ya meydanda az olmuş futbolçulara şans verəcəm. Yığmanın heyətini tədricən yeniləmək lazımdır".
Qeyd edək ki, sabah "Ximki Arena"da keçiriləcək Rusiya - Azərbaycan oyunu Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.