Meşhur Futbolçuların Lionl Messi haqqında Fikirləri

20 Eylül 2014
13 548
0
Meşhur Futbolçuların Lionl Messi haqqında Fikirləri
Meşhur Futbolçuların Lionl Messi haqqında Fikirləri

Futbolçular Leo haqqında:
Raul: Bir gün onun oyunlarından birini izlədim. O 100 %-lik sürətlə qaçırdı. Bilmirəm, topa neçə dəfə toxundu, beş ya da altı, ancaq top onun ayağına yapışmışdı. Praktiki olaraq, bu mümkün deyil.
Antonio Cassano: Ronaldinho Cristiano Ronaldodan yaxşıdır, amma heç biri Leo Messi qədər yaxşı oynamır.
Mario Balotelli: Məndən daha güclü sadəcə bir futbolçu var: Messi. Qalan hər kəs məndən geridədir.
Galliani : (Milanın vitse-prezidenti) Messi tarixinin ən yaxşı futbolçusudur. Bunu o şəxs deyir ki, Maradona və Pelenin oynamağını görüb.
Wayne Rooney : Inanmıram ki, CR7 mənim cavabımdan razı qalacaq. Lionel Messi. Təxminən son iki il ərzində Messi oyun həyəcanı və əyləncəsini tamam başqa səviyyəyə çatdırıb.
Ronaldo dünya səviyyəli oyunçudur, mən onunla oynamışam və düzgün olaraq o, Dünyanın Ən Yaxşı Oyunçusu adlandırıldı. Lakin bu il Messi tamam başqa səviyyəyə çatıb. O inanılmazdır, mənim gözümdə o yüksəkdədir. Maradona və Messi Dünyanın gəlmiş-keçmiş iki ƏN Yaxşı Oyunçularıdır.
Zlatan İbrahimovich : Lionel Messi Dünyanın ən Yaxşı Futbolçusudur.
Eden Hazard : Messi bütün zamanların ən yaxşısıdır?
Neymar : Mən həmişə demişəm ki, Messi Dünyanın Ən Yaxşı Oyunçusudur.
Arjen Robben : Mənimlə Messi arasında müqayisə ? Bunu etməyin mənası yoxdur. O hələ də Dünyanın Ən Yaxşısıdır.
İker Casillas : Onlar əla oyunçulardır. Vicdanla desəm, ümid eləyirəm, Messi məni başa düşəcək, mən Xavi və İniestaya səs verdim. Messi Dünyanın Ən Yaxşısıdır, lakin mən onlara səs verdim.
David Beckham : O sadəcə olaraq, Dünyada Ən Yaxşıdır.
Di Stefano : Mən də Messinin oyununa heyran olmuşam, onun elədikləri çox yaxşıdır.
Alan Sheaer : Cristiano Ronaldo 80 milyon avro üçün getdi, lakin Messi bunu məhv edəcək. Mən hətta bir az da irəli gedib deyərdim ki, o Tarixin Ən Yaxşısı ola bilər.
Fabio Capello : Mən futbol meydançasında onun kimisini görməmişəm. O başqa futbolçuların hətta ağlına gətirə bilməyəcəkləri şeyləri edir.
Luis Fabiano : Neymarı Messi ilə müqayisə etmək? Hələ yox, mən Messinin oyununu yaxından görmüşəm, ona heyranam.
Sergio Aguero : Bu günlərdə, Messi Ronaldinhodan üstündür. Hazırda Dünyanın Ən Yaxşı Futbolçusudur və bunu deyən sadəcə mən deyiləm. Onun oyununu izləyən hər kəs bunu deyir.
Figo : Avropada hal-hazırda Ən Güclü Lionel Messidir.
İbrahimovich : Onun haqda sadəcə yaxşı şeylər deyə bilərəm.
Rafael Van Der Vaart (Tottenham, ex Real Madrid, Hamburg) : Bilirsiz, yaxşı ki, mən müdafiəçi deyiləm. Messiyə qarşı oynayacağımı biləndə iki həftə gözümə yuxu getmir.
Diego Maradona (Argentina Əfsanəsi) : Mən ona görə çox sevinirəm. O dahi uşaqdır. O buna layiqdir. O C.Ronaldodan sonra ikinci olanda ona dedim ki, axırıncı dəfədir ki, səni ikinci yerdə görürəm. O dedi: - Nə? Axırıncı dəfədir ki, sən ikincisən. Ondan bəri O, ikinci olmayıb.
Fenomen Ronalda : Hazırda Dünyanın Ən Yaxşı Oyunçusu? – Messi.
Arsene Wenger : Dünyanın Ən Yaxşı Oyunçusu? – Lionel Messi. Bütün Zamanların ən Yaxşı Oyunçusu – Lionel Messi.
Əvəllər Maradona olduğu kimi indi o, dahidir. Yaxud Zidane, Cruyyf kimi.
Cruyyf : Onun çox imkanları olur, ayağında top olanda o, dahidir.
Pele : Hazırda Messi Ən Yaxşıdır.
Sir Bobby Charlton : O, demək olar ki, Ən Yaxşı ola bilər.
Sir Alex Ferguson : O getdikcə daha da yaxşı olur. Onun potensialı çox güclüdür. 24 yaşında belədir. Kim bilir 27 yaşına gələndə o necə olacaq ?!
Şərhçilərdən bəzi seçmələr : Onu dayandırmaq mümkün deyil
Barcelonanın Qızıl Oğlanı Qızıl Qol vurur.
İnanılmaz texnika nümayiş etdirir, balaca olmasına baxmayaraq, gözəl baş zərbələri vurur.
Messidən sənət əsəri
İncredible Little Man – inanılmaz Balaca Oğlan
Sözün bitdiyi yer.. O sadəcə möhtəşəmdir!


Redakta etdi:ALiYeVa
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.