Avro-2020 Bakıda

20 Eylül 2014
2 093
0
Avro-2020 Bakıda
Avro-2020 Bakıda

“Avro-2020”nin keçiriləcəyi şəhərlərin adlarına aydınlıq gəlib.

Azərbaycanın paytaxtı Bakı “Avro-2020”nin yarım final oyunlarına ev sahibliyi edəcək. Avro-2020-nin final matçı Böyük Britaniyanın paytaxtı London şəhərində keçiriləcək.

2020 Avropa Futbol Çempionatı (EURO 2020) yarı final və final matçlarına Londondakı "Uembli" stadionu ev sahibliyi edəcək.

1/4 final matçları Bakı, Münhen, Roma və Sankt-Peterburqda, qrup qarşılaşmaları isə Amsterdam, Buxarest, Brüssel, Bilbao, Kopenhagen, Dublin, Qlazqo və Budapeştdə baş tutacaq.

Qeyd edək ki, bu gün İsveçrənin Cenevrə şəhərində futbol üzrə “Avro-2020”nin oyunlarını qəbul edəcək şəhərlərin adları açıqlanıb. Mərasimdə AFFA prezidenti Rövnəq Abdullayev və futbol üzrə yığma komandamızın baş məşqçisi Berti Foqts da iştirak edir.


“Avro-2020”nin oyunlarına Bakı ilə yanaşı, Minsk (Belarus), Brüssel (Belçika), Sofiya (Bolqarıstan), Kopenhagen (Danimarka), London (İngiltərə), Sankt-Peterburq (Rusiya), Skopye (Makedoniya), Münxen (Almaniya), Budapeşt (Macarıstan), Yerusəlim (İsrail), Roma (İtaliya), Amsterdam (Hollandiya), Dublin (İrlandiya), Buxarest (Rumıniya), Qlazqo (Şotlandiya), Bilbao (İspaniya), Stokholm (İsveç) və Kardiffin (Uels) namizədliyi irəli sürülmüşdü.

Bu şəhərlərdən yalnız 13-ü çempionatın oyunlarını qəbul edəcək.
Mənbə:Anspress
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.