"Fənərbaxça" "Qalatasaray"a rəqib oldu
Türkiyə kubokunda yarımfinal mərhələsinin ikinci cavab oyunu keçirilib.
FeaT.Az-ın məlumatına görə, "Fənərbaxça" doğma meydanda "Konyaspor"la qarşılaşıb. Matç meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə başa çatıb.
"Fənərbaxça" - "Konyaspor"- 2:0
Qollar: Fernandao, 47 (1:0), 71-pen (2:0)
İlk oyunda da 3:0 hesabı ilə qalib gələn "Fənərbaxça" finala yüksəlib.
İstanbul klubu həlledici görüşdə əzəli rəqibi "Qalatasaray"la qarşılaşacaq. Sözügedən matç mayın 25-i keçiriləcək.
qol.az