“Bakı Marafonu-2016”

21 Nisan 2016
2 663
1
“Bakı Marafonu-2016”
“Bakı Marafonu-2016”

“Bakı Marafonu-2016”

“Bakı Marafonu-2016”

Bakıda maraqlı bir idman marafonu – “Bakı Marafonu-2016” həyata keçiriləcək. Son günlər hər kəsin marağına səbəb olan bu Bakı marafonunda iştirak etmək üçün qeydiyyatdan keçməli və xüsusi biletlər əldə etməlisiniz.Marafon Heydər Əliyev Fondunun təşəbbüsü və Dənizkənarı Bulvar İdarəsinin, Bakı Olimpiya Stadionunun dəstəyi ilə təşkil olunur. Layihənin icrasını isə “SMG” (Sport Marketing Group) şirkəti həyata keçirir. “Bakı Marafonu 2016”nın məqsədi idmanın inkişafına dəstək göstərmək, sağlam həyat tərzini təbliğ etmək, insanları xeyirxah məqsədlə bir araya gətirməkdir.
“Bakı Marafonu 2016” Dövlət Bayraq Meydanından başlayaraq Bakı Olimpiya Stadionuna qədər 21 km məsafəni əhatə edəcək. İştirakçılar arasında tanınmış ictimai-siyasi xadimlər, idmançıların da olması nəzərdə tutulur.

“Bakı Marafonu-2016”

Marafona 16 yaşdan yuxarı hər bir kəs-şəhər sakinləri, qonaqlar əvvəlcədən qeydiyyatdan keçərək qoşula bilər.
“Bakı Marafonu 2016”da iştirak etmək istəyənlər qeydiyyat üçün aprelin 11-dən 25-dək Bakının ticarət mərkəzlərində quraşdırılmış qeydiyyat məntəqələrinə və ya onlayn olaraq “Bakı Marafonu 2016”nın saytına (www.bakumarathon.az) müraciət edə bilərlər. Bu zaman qeydiyyat formasını doldurmaq, şəxsiyyət vəsiqəsinin surətini (tələbələr, həmçinin tələbə vəsiqəsinin surətini) təqdim etmək və iştirak üçün müəyyən olunan vəsaiti ödəmək lazımdır.
Marafonda tələbələrin iştirakı ilə bağlı vəsaitlər Heydər Əliyev Fondu tərəfindən qarşılandığından, tələbələr qeydiyyat zamanı ödəmə etməyəcək. Bunun üçün qeydiyyatdan keçərkən tələbə vəsiqələrinin surətini təqdim etmək lazımdır.
“Küləyə qalib gəl” adı altında keçirilən marafona qoşulmaq üçün digər hər kəs isə 20 manat, şirkət adından iştirak etdikdə isə 100 manat ödəməlidir.

“Bakı Marafonu-2016”

Qeyd edək ki, Bakı marafonundan toplanan vəsait Heydər Əliyev Fondunun valideyn himayəsindən məhrum olmuş uşaqlarla bağlı layihəsinə yönəldiləcək.


“Bakı Marafonu-2016”

“Bakı Marafonu-2016” Qalibləri mükafatlandırmaq da yaddan çıxmayıb. 1-ci yer üçün 3000 AZN, ikinci yer üçün 2000 AZN, üçüncü yer üçün isə 1000 AZN mükafat nəzərdə tutulub.

“Bakı Marafonu-2016”
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏYLƏR
  1. allah bendesi
    qazanilan vesayitin valideyin himayesinden mehrum olmush ushaqlara getmesine sevindim xeyrli birshey dushunmushler..inshALLAH..Teshekkur paylashim ucun baci ellerine sagliq
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.