Millimiz 3-cü oyununda bərabərlik əldə etdi - YENİLƏNİR

03 Haziran 2016
1 845
0
Millimiz 3-cü oyununda bərabərlik əldə etdi - YENİLƏNİR

Millimiz 3-cü oyununda bərabərlik əldə etdi - YENİLƏNİR
Milli komandamız bu gün Avstriyadakı təlim-məşq toplanışı çərçivəsində son yoldaşlıq oyununu keçirəcək. Feat.Az-ın Apasport.az saytına istinadən məlumatına görə, Robert Prosineçkinin yetirmələri Kanada ilə qarşılaşacaqlar.

Bu, yığma komandamızın toplanış çərçivəsindən üçüncü matçı olacaq. Oynadığı ilk iki qarşılaşmada qalibiyyət üzü görməyən millilər səfəri major notlarla bitirmək istəyir.

Andorra ilə qolsuz bərabərliyə razılaşıb Makedoniyaya məğlub olan (1:3) əsas komandamız bu dəfə daha güclü rəqiblə üz-üzədir.

Şimali Amerika təmsilçisi daha çox xokkeyi ilə məşhur olsa da, futbolda da irəliləyiş göstərir. Kanada KONKAKAF zonasının ən yaxşıları arasındadı.

Bu il keçirdiyi 3 oyunda qələbəyə həsrət qalan millimiz kimi rəqibi də hazırda uğursuzluq zolağındadı. Ötən il noyabrın 13-də Hondurası 1 qolla keçən kanadalılar artıq 4 matçdı qalib gələ bilmir. Salvadorla qolsuz heç-heçə edib, ABŞ-a 0:1, iki dəfə qarşılaşdığı Meksikaya 0:3 və 0:2 hesabı ilə yenilən rəqibimiz 203 gündən sonra qol vurmağa çalışacaq.

Yoxlama oyunu
3 iyun

21:00. Azərbaycan 1-1 Kanada
Qollar: Nazarov, 57 (pen.) - Akindele, 44


Baş hakim: Saşa Amhof
Baş hakimin köməkçiləri: Stefan de Almeyda, Vital Yobin
Dördüncü hakim: Adrien Jaccottet (hamısı İsveçrə)
Rohrbax an der Lafnits

Artıq millimizin oyuna çıxacağı heyəti də məlumdur:

Azərbaycan: 1. Kamran Ağayev, 2. Qara Qarayev, 3. Məhəmməd Mirzəbəyov, 4. Pavel Paşayev, 5. Maksim Medvedev (k), 8. Eddi İsrafilov, 9. Namiq Ələsgərov, 13. Dmitri Nazarov, 16. Tərlan Quliyev, 18. Ağabala Ramazanov, 22. Əfran İsmayılov
Ehtiyat oyunçular: 12. Anar Nəzirov, 23. Səlahət Ağayev, 7. Araz Abdullayev, 10. Elvin Məmmədov, 11. Ruslan Qurbanov, 14. Rəşad Sadıqov, 15. Ruslan Abışov, 17. Rəhman Hacıyev, 19. Rəşad Eyyubov, 21. Murad Səttarlı, 24. Amil Yunanov, 25. Adil Nağıyev, 28. Coşqun Diniyev
Baş məşqçi: Robert Prosineçki

Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.