Uels qrup lideri olub, Rusiya Avropa çempionatı ilə vidalaşıb

21 Haziran 2016
987
0
Uels qrup lideri olub, Rusiya Avropa çempionatı ilə vidalaşıb
Avropa çempionatının qrup mərhələsinin üçüncü turu çərçivəsində daha iki qarşılaşma baş tutub. Feat.az saytının məlumatına görə, dünən keçirilən iki oyunla B qrupunun taleyinə aydınlıq gəlib.

Bütün komandaların 1/8 final şansını son tura kimi saxladığı qrupda İngiltərə Slovakiya, Rusiya isə Uelslə qarşılaşıb.

4 xalla son tura lider girən britaniyalılara növbəti mərhələyə çıxmaq üçün Slovakiya ilə matçda qazanılacaq 1 xal da kifayət edib. Slovakiya ilə qolsuz bərabərliyə razılaşan Roy Hocsonun yetirmələri 5 xalla qrupda ikinci pilləni tutub. Slovakiya isə burdan əldə etdiyi bərabərliklə xalını 4-ə yüksəldib və ən yaxşı 3-cü olmaq üçün şanslarını artırıb.

Digər matçda isə Uels Rusiya ilə münasibətlərinə aydınlıq gətirib. “Əjdahalar” Şimal qonşularımıza heç bir şans verməyiblər. 3 qolla 3 xal qazanan Beyl və dostları İngiltərənin də xal itirməsi ilə birlikdə qrup liderliyini əldə ediblər. Rusiya isə turnirlə vidalaşıb.

Avropa çempionatı - 2016
20 iyun

B qrupu
Rusiya - Uels - 0:3
Qollar: Remsi, 11, Teylor, 20, Beyl, 67
Tuluza. Şəhər stadionu

Slovakiya – İngiltərə - 0:0
Sent-Etyenn. “Joffrua Qişar” stadionu


Əvvəlki Xəbər Növbəti Xəbər