Evdə idmanla məşğul olarkən bunlara diqqət edin
Feat.Az xəbər verir ki, ev idmanı zamanı bir çox hallara diqqət etmək mütləqdir. Bunun üçün aşağıdakılara diqqət edin:
Çox və ya az idman etməyin - Bəziləri evdə idman edərkən saatın fərqinə varmır və həddindən artıq hərəkətlər edir. Bu da sağlamlığınız üçün yaxşı deyil. Bir çox fiziki problemlərin yaranmasına gətirib çıxara bilər.
Fitnes səviyyənizi doğru dəqiqləşdirin - Bədəninizin nəyə ehtiyac olduğunu dəqiqləşdirin. Hər zaman asandan çətinə, sadədən qarışıqlığa gedən bir yol izləyin. Evdə özünüzə həftəlik fitnes planı qurun.
Həftədə 3-4 gün idman edin - Günlük idman etməyiniz 1 saatdan artıq olmamalıdır. Oturacaq, yastıq, su şüşələri idman edəcəyiniz zaman sizə lazım olacaq alətləri əvəzləyə bilər.
Nəbz atışlarınızı yoxlayın - Nəbz ölçən aparat və ya saatınız yoxdursa, əlinizlə bunu edin. 10 saniyə nəbz atışınızı sayın və onu 6-ya vurun. Nəfəsinizin kəsilməsi yaxşı idman etdiyiniz mənasını vermir.
İdman etmək çəkinizlə bərabər sağlam həyat tərzinizə də kömək edir - İdman etsəniz özünüzü çox rahat və xoşbəxt hiss edəcəksiniz. Stress səviyyəniz düşər. Enerjiniz yüksələr. Hətta dəriniz də gözəlləşəcək.