"Milan" Balotelliyə əvəzləyici tapdı

23 Ağustos 2014
1 996
0
"Milan" Balotelliyə əvəzləyici tapdı
"Milan" Balotelliyə əvəzləyici tapdı

"Milan" klubu "Liverpul"a transfer olunacağı gözlənilən Mario Balotelliyə əvəzləyici tapıb.

Feat.Az-ın "Football İtalia"ya istinadən verdiyi məlumata görə, Milan təmsilçisi "Çelsi"nin hücumçusu Fernando Torresi transfer etməyi planlaşdırır.

İtaliya klubu Torresi icarəyə götürmək niyyətindədir. Dieqo Kostanın transferindən sonra əsas heyətdən kənarda qalan ispaniyalı forvardın da "Çelsi"dən ayrılmaq istədiyi bildirilir. Tərəflər arasında razılıq əldə olunarsa, Torres yeni mövsümdən "Milan"ın şərəfini qoruyacaq.

Qeyd edək ki, Torres ötən mövsüm "Çelsi"nin heyətində keçirdiyi 41 oyunda 11 qola imza atıb.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.