Çində milyarder edam edildi

09 Şubat 2015
1 061
0
Çində milyarder edam edildi
Çində milyarder edam edildi
Lyu Hanın adı Çinin ən varlı 500 vətəndaşının siyahısına daxil idi.

Bir neçə qətldə ittiham edilən çinli dağ-mədənçi maqnat Lyu Han edam edilib, South China Morning Post xəbər verir.

FeaT.Az xarici KİV-ə istinadən xəbər verir ki, onunla bərabər onun kiçik qardaşı Lyu Vey və üç əlbiri güllələnib.

Lyu Han 13 müddəa, o cümlədən də qətl, qeyri-qanuni kazinoların yaradılması, cinayətkar qrupun təşkili, odlu silahın qanunsuz satışı üzrə ittiham edilib.

O, 1997-ci ildə Hanlong Group şirkətini təsis edib, bu şirkət Sıçuan əyalətində ən iri özəl müəssisə olub. Şirkətin maraqları energetikadan daşınmaz əmlaka qədər müxtəlif sferalara bölünürdü.

Lyu Hanın adı Çinin ən varlı 500 vətəndaşının siyahısına daxil idi.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.