"Eurovision" tarixində bir ilk

13 Şubat 2015
1 259
0
"Eurovision" tarixində bir ilk
"Eurovision" tarixində bir ilk

Builki “Eurovison”musiqi yarışmasında bir ilk yaşanacaq.

FeaT.az-ın xarici mətbuata istinadən məlumatına görə, Avropa Yayım Birliyi müsabiqənin 60-cı ildönümü münasibətilə Avstraliyanı da yarışmada iştiraka dəvət edib. Avstraliya mayın 23-də Avstriyanın paytaxtı Vyanada keçiriləcək yarımfinala birbaşa qatılacaq.

Hər il “Eurovison” u yayımlayan SBS kanalının müdiri Mişel Ebeid bunun ölkəsi üçün tarixi fürsət olduğunu vurğulayıb.

Qeyd edək ki, 30 ildən çoxdur keçirilən yarışmaya 40-dan artıq ölkə qatılır. İndiyədək “Eurovision” səhnəsində avstraliyalı iştirakçılar yer alsalar da, onlar digər ölkələri təmsil edirdilər.

RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.