Rusiyadan "Eurovision" müharibəsi

26 Ağustos 2014
1 736
0
Rusiyadan "Eurovision" müharibəsi
Rusiyadan "Eurovision" müharibəsi


Rusiya Avropa arasında gərginlik məhşur musiqi yarışması olan "Eurovision"na da sıçradı. ANS PRESS-in məlumatına görə, may ayında Danimarka keçirilən yarışa saqqalları və qadın geyimi ilə damğa vuran avstryalı müğənni Konçita Vürstün qələbə qazanması da Rusiyada ictimaiyyətin sərt reaksiyasına səbəb olmuşdu.

Bundan sonra rusiyalı rəsmilər soyuq müharibə dövründən qalma "İntervision" müsabiqəsini yenidən gündəmə gətiriblər. Yarışmanın bu ilin oktyabr ayında Soçidə keçirilməsi planlaşdırılır. Müsabiqəyə keçmiş sovet ölkələri, MDB və Şanxay Əməkdaşlıq Təşkilatına üzv dövlətlər qatıla biləcək.
İndiyə kimi Çinin də daxil olduğu 6 ölkə müsabiqədə iştirak edəcəyini təsdiqləyib.

Qeyd edək ki, 1961-ci ildən Polşanın şimalındakı Sopot şəhərində keçirilən "Sopot" mahnı müsabiqəsi soyuq müharibə dövründə "Eurovision"a alternativ olmaq üçün "Intervision" adı ilə keçirildi. Burada "Eurovision"dan fərqli olaraq hər il şəhərlər dəyişmir. Yarış 1977-1980-ci illərdə keçirilib. Lakin 1956-cı ildən bəri keçirilən "Eurovision" qədər populyarlıq qazana bilməyib.

RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.