Eurovision mahnı yoxsa "siyasət" yarışması?

15 Mayıs 2016
1 687
1
Eurovision mahnı yoxsa "siyasət" yarışması?
Eurovision mahnı yoxsa "siyasət" yarışması?

Daha bir Eurovision müsabiqəsi geridə qaldı. Bu müsabiqədə səsvermənin yeni formatda açıqlanması bir çoxları tərəfindən müsbət qarşılanmadı. Yeni formata əsasən artıq ilk olaraq hər bir ölkə öz münsiflərinin səsini təqdim edir daha sonra isə ölkə vətəndaşlarının verdikləri səslər toplam şəkildə əlavə olunur. Ancaq dünən gecə baş verən bir çox hadisələr Eurovision müsabiqəsinin əslində daha çox siyasət yarışması olduğu söhbətlərini alovlandırmış oldu. Münsiflərdən alınan səslərlə rəqiblərini açıq-aşkar üstələyən Avstraliya artıq əsas favorit olaraq görülsə də daha sonra vətəndaşların verdikləri səslərin əlavə olunması ilə çox fərqli yerdəyişmələr baş verdi. İnsanları düşündürən ən əsas məqam isə sonda Rusiya və Ukraynanın qarşı-qarşıya qalıb qalib olan tərəfi həyəcanla gözləmələri oldu. Daha bir məqam isə Ukraynaya qalibiyyəti əslən Krım tatarı olan bir xanımın məhz Krım tatarlarına həsr olunmuş bir mahnı ilə gətirməsi oldu. Avstraliyanın bu ildən başlayaraq müsabiqədə iştirak edəcək olması digər müzakirə məsələsinə çevrildi. Onu da qeyd edək ki, daha əvvəl yarımfinal mərhələsində də erməni təmsilçilərinin qondarma Dağlıq Qarabağ bayrağını salonda rahatlıqla dalğalandırmaları ciddi söz-söhbətə səbəb olmuşdu. Nəticədə isə "Avropa Yayım Birliy"i sadəcə ermənilərin bu hərəkətini pisləyən bəyanat yaymaqla kifayətləndi. Bunlar hələ 2016-cı ildə baş verənlər idi. Eurovision müsabiqəsində daha əvvəllər də bu kimi şübhəli hadisələr baş vermişdi. Bu son olanlar da bir daha insanlarda bu müsabiqəyə qarşı olan şübhələri artırdı və sosial şəbəkələrdən böyük rezonans doğurdu. Gözləyək görək gələn il Ukraynadan hansı mesajlar veriləcək?

Eurovision mahnı yoxsa "siyasət" yarışması?


Elvin Nəsibov
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏYLƏR
  1. Bella
    • Bella
    • 16 Mayıs 2016 00:25
    Göz qabağındadır ki, bu bir siyasətdi. Buna mahnı müsabiqəsi demək olmaz. Xüsusilə də Ukrayna təmsilçisinin erməni olması və məhz onun qalib gəlməsi də buna sübutdur. Bunlar hər yola əl atıb öz murdar işlərini hər yerdə qabarıq göstərirlər. Elə bu musabiqədə olduğu kimi..
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.