Xocalı soyqırımının 23-cü ildönümünə həsr olunmuş Kino Axşamı keçiriləcək

26 Şubat 2015
1 409
0
Xocalı soyqırımının 23-cü ildönümünə həsr olunmuş Kino Axşamı keçiriləcək
Xocalı soyqırımının 23-cü ildönümünə həsr olunmuş Kino Axşamı keçiriləcək
Fevralın 26-da Nizami Kino Mərkəzində Xocalı soyqırımının iyirmi üçüncü ildönümünə həsr olunmuş Kino Axşamı keçiriləcək.

Mədəniyyət və Turizm Nazirliyindən verilən məlumata görə, kino xadimlərinin və ictimaiyyət nümayəndələrinin iştirak edəcəyi tədbirdə Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə "Yaddaş" sənədli filmlər studiyasının istehsal etdiyi iki filmin - "Müharibə uşaqları" və Azərbaycanın Milli Qəhrəmanı Hikmət Nəzərliyə həsr olunmuş "Biz qayıdacağıq" sənədli filmləri ilk dəfə nümayiş etdiriləcək.

"Müharibə uşaqları" filminin rejissoru Şamil Nəcəfzadə, "Biz qayıdacağıq" filminin rejissoru isə Könül Kərimovadır.

Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.