Nənələrin saxladığı uşaqlar kök olurlar

26 Nisan 2015
1 426
0
Nənələrin saxladığı uşaqlar kök olurlar
Nənələrin saxladığı uşaqlar kök olurlar

"International Journal of Obesity" jurnalında olanlara əsasən,
3 yaşlı 12 min uşaq arasında aparılan araşdırmaya görə, bütün günü nənələr tərəfindən baxılan uşaqların həddindən artıq kilolu olma riski başqa uşaqlara nisbətən 34 faiz daha çoxdur.


İngiltərədə doğulan uşaqlar arasındakı araşdırma nəticəsində, yarım gün nənələri tərəfindən baxılan uşaqlarda isə obezite riskinin, öz valideynləri tərəfindən baxılanlara nisbətən 15 faiz daha çox olduğu təyin edilib.

Bununla bərabər, bağçaya gedən uşaqlarda isə elə bir risk olmadığı ortaya çıxıb.

"University College London"un elm adamlarının apardığı araşdırmada, uşaqların sosial-iqtisadi vəziyyətləri də qiymətləndirilərkən müvafiq riskin təhsilli, işlərində mövqe sahibi olan anaların uşaqlarında daha çox görüldüyü müəyyən olunub.



Qohum və yoldaşların tam gün olmaq şərti ilə qulluğunu boynuna götürdüyü uşaqlarda da obezite riskinin olduğu qeydə alınıb.

Elm adamları nənələrə və qohumlara körpənin qidalanması və fiziki məşqi mövzusunda daha yaxşı məlumat vermək lazım olduğunu söyləyirlər.

Araşdırmanın rəhbəri professor Katerin Lov, ABŞ-da həyata keçirilən başqa araşdırmalarda nənələrin qulluğu ilə obezite arasındakı əlaqənin səbəblərinə baxmadığını, ancaq bunun uşağın fiziki məşq etməməsi və uşaqlara nənələrin daha çox dözüm göstərməsi səbəbindən olduğu gümanını dilə gətirib.

Amerikalı elm adamlarının apardığı bir araşdırmada da obezitenin körpəlikdə başladığı qeyd olunub.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.