Bakıda sevgi dramı: Ya mənim olmalısan, ya torpağın – TƏFƏRRÜAT
Qız dayısıoğluna ərə gedəcəyini bildirib.
Bakının Nizami rayonunda sevgi dramı yaşanıb.
FeaT.aZ xəbər verir ki, Rayon Polis İdarəsindən ANS PRESS-ə verilən məlumata görə, Bəhruz Nuriyev küçəsi 81 ünvanında 1998-ci il təvəllüdlü Aytac Nazim qızı Babayeva vəhşicəsinə qətlə yetirilib.
Onun kürəyindən 8 bıçaq zərbəsi vurulub.
Nizami rayon Polis İdarəsinin əməkdaşlarının keçirdiyi əməliyyat nəticəsində qızı öldürən Gürcüstan Respublikasının vətəndaşı, 1995-ci il təvəllüdlü İzzət Natiq oğlu Hüseynov saxlanılıb.
Qeyd edək ki, A.Babayeva Xətai rayonu ərazisində yerləşən 58 saylı orta məktəbin 11-ci sinif şagirdi olub.
Qızı qətlə yetirən İzzət Hüseynov ifadəsində bildirib ki, hadisəni qısqanclıq üzündən törədib.
Aytac Babayevanı sevən İzzət Hüseynov məhəbbətinin qarşılığını ala bilməyib. Qız dayısıoğluna ərə gedəcəyini bildirib. Oğlan isə buna icazə verməyəcəyini deyib.
“Ya mənim olmalısan, ya da torpağın” deyən oğlan qızı qətlə yetirib.
Faktla bağlı cinayət işi başlanıb. Hazırda istinqat işləri aparılır.