Bakıda iş yerini dəyişmək istəyən müəllimlərin nəzərinə

09 Mayıs 2015
996
0
Bakıda iş yerini dəyişmək istəyən müəllimlərin nəzərinə
Bakıda iş yerini dəyişmək istəyən müəllimlərin nəzərinə

Bakı Şəhəri üzrə Təhsil İdarəsi tabeliyindəki ümumtəhsil məktəblərində daimi əsaslarla işləyən müəllimlərin yerdəyişməsi ilə bağlı 2 mərhələli müsabiqə keçirir.

İdarədən verilən məlumata görə, müsabiqənin 1-ci mərhələsində ixtisas üzrə test tapşırıqları cavablandırılacaq, 2-ci mərhələsində isə müsahibə təşkil olunacaq.

Müsabiqədə iştirakla bağlı qeydiyyat mayın 1-dən etibarən yekunlaşıb.

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumtəhsil məktəblərində daimi əsaslarla işləyən müəllimlərin yerdəyişməsi ilə əlaqədar müsabiqənin I mərhələsi (test tapşırıqlarının cavablandırılması) 10.05.2015-ci il tarixdə keçiriləcək.

Müsabiqəyə gələrkən şəxsiyyət vəsiqəsinin əslinin gətirilməsi vacibdir. Şəxsiyyət vəsiqəsinin əslini təqdim etməyənlər müsabiqəyə buraxılmayacaq.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.