Apple-in rəhbərləri səhmləri niyə satır?

02 Ekim 2014
1 263
0
Apple-in rəhbərləri səhmləri niyə satır?
Apple-in rəhbərləri səhmləri niyə satır?


Barron's maliyyə bloqu yazır ki, Appleın baş direktoru Tim Kuk daxil olmaqla, top-menecerlər şirkətin 143 milyon dollar məbləğində səhmini satıblar.

Feat.Az ICTnews-a istinadən bildirir ki, Tim Kuk 35,25 milyon dollar dəyərində 348 mindən çox səhm, marketinq üzrə vitse-prezident Fil Şiller 35,26 milyon dollar dəyərində 349 min səhm, maliyyə direktoru Luka Maestri 1,6 milyon dollar dəyərində 16.37 min səhm satıblar.
Bundan başqa, Appleın əməliyyatlar üzrə vitse-prezidenti Ceffri Uilyams 35,23 milyon dollar dəyərində 349 min səhm, şirkətin əsas hüquqşünası Bryus Syuell 35,39 milyon dollar məbləğində 349 min səhm satıb.

Səhmlər 5-22 sentyabr tarixlərində satılıb. Sentyabrın 2-də səhmlərin qiyməti rekord – 103,74 dollar təşkil edib. Bundan sonra səhmlərin dəyəri sentyabrın 24-də iOS 8 yeniləməsi və iPhone 6 Plus smartfonunun deformasiyası ilə bağlı problemlər fonunda 3,5% azalıb.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.