Göy rəng yuxuya mane olur, yaşıl isə yuxu gətirir

18 Haziran 2016
1 504
0
Göy rəng yuxuya mane olur, yaşıl isə yuxu gətirir
Melanopsinin bütün heyvanat aləminə təsiri elmə məlumdur.Melanopsinin (görmə prosesində bilavasitə iştirak edən fotopiqment, opsinlərdən biri) bütün heyvanat aləminə təsiri elmə məlumdur. Bu maddə gündüz ritmlərinin formalaşmasında iştirak edir. Alimlər düşünürdülər ki, göy rəng yuxugətirici təsir göstərir, axı onun dalğasının uzunluğu melanopsin piqmentinə daha intensiv təsir göstərir, amma eksperiment bu nəzəriyyəni təkzib edib.

Feat.Az xəbər xəbər verir ki, Britaniyanın Oksford Universitetinin bir qrup tədqiqatçısı müxtəlif rənglərin yuxu prosesinə təsirini öyrənməyə çalışıb.

Eksperiment zamanı laboratoriya siçanlarını işıq mənbələri müxtəlif olan qəfəslərə salıblar. Heyvanlar yaşıl işıqda rahat yuxuya gediblər, göy rəng isə əksinə, siçanları qıcıqlandırıb, onları daha da fəallaşdırıb.

Alimlər hesab edirlər ki, nəticə çıxarmaq və bunu insana şamil etmək hələ tezdir. Çox ehtimal ki, bu rənglər insanlara əks təsir göstərir. Axı biz gecələr, gəmiricilər isə gündüzlər yatmağa öyrəşib
azertac
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.