Əzələ ağrılarından qurtulmağın 7 TƏBİİ YOLU

31 Ağustos 2016
1 688
0
Əzələ ağrılarından qurtulmağın 7 TƏBİİ YOLU
Stress, kədər, yorğunluq, zədələr və ya yanlış idman hərəkətləri özünüz də bilmədən əzələ sisteminizə zərər verə bilər. Əzələ sistemində yaranan ağrı, sərtlik, şişkinlik kimi şikayətlərinizi təbii yollarla azalda bilərsiniz. Bədəninizi kimyəvi maddələrə ehtiyac duymadan rahatlatmağın və daha sağlam əzələ sisteminə sahib olmağın yolu bir neçə üsuldan keçir. Beləliklə, Feat.Az əzələ sistemini bərpa etməyin 7 təbii yolu ilə sizi tanış edir.

Çobanyastığı
Çobanyastığı təbii sakitləşdiricilərdən biridir. Yuxuya getməyi asanlaşdırır, stressi azaltmaq kimi müsbət təsirləri var. Eyni zamanda əzələ ağrılarını da azaldır. Ancaq qan laxtalanmasına qarşı dərman qəbul edənlərə tövsiyə edilmir.

Gilənar suyu
Əzələləri rahatlatmağın ən ləzzətli yollarından biri də gilənar suyudur. İdmanın qaçış növü ilə məşğul olursunuzsa, əzələ ağrılarının qarşısını almaq üçün gilənar suyunu gündəlik qida menyunuzdan əskik etməyin. Gilənarın hüceyrə yeniləyici özəlliyi zədə almış əzələ toxumalarınızın tez bir zamanda sağalmasına kömək edir. Xolesterol və qan şəkərini aşağı salır.

Çöl böyürtkənli şirə
Əzələləri dincəltməyin başqa bir şirin və təbii yolu çöl böyürtkəni yemək və ya şirəsini içməkdir. Qadınların menstruasiya dövründə yaşanan ağrıları azaltmaq üçün də faydalıdır. Çayını da içə bilərsiniz.

D vitamini
Həmişə əzələ ağrılarından şikayət edənlərdənsinizsə, bədəninizdə ciddi şəkildə D vitamin əskikliyinin olma ehtimalı çoxdur. Kapsul şəklində və ya yeməklərdən əldə edəcəyiniz D vitaminini günəşlənərək də qazana bilərsiniz. D vitamini sümük əriməsinə yol açan “paratiroid” hormonun ifrazını dəstəkləyir. Gün ərzində bir neçə dəqiqə günəşə çıxmanız məsləhətdir. Skelet sisteminə faydasını görəcəksiniz.

Qırmızı bibər
Çoxumuz mədəyə ziyan etdiyini düşünərək, acı bibər yeməkdən ehtiyat edirik. Acı bibər mədə spazmı və dartılmalarında effektli rol oynayır. Həddini aşmadan yeyəcəyiniz acı bibər, həzm sisteminin də fəaliyyətini dəstəkləyir. Acı bibərin ağrıkəsici xüsusiyyətinə görə şiddətli oynaq və əzələ ağrısı çəkənlərə kapsaisin inyeksiyası vurulur.

Maqnezium

Sinirləri və əzələləri rahatladan maqnezium sümük zəifliyi, sürətli yaşanan baş ağrıları, qan şəkəri balanssızlığı, yüksək qan təzyiqi, əzələ zəifliyi üçün məsləhət görülən minerallar sırasında yer alır. Gündəlik maqnezium ehtiyacını qidalardan qarşılaya bilərsiniz. Daha çox banan, badam, paxlalılar, qara düyü yeyin.

Dincəlmək şərtdir

Vitamin və minerallarla əzələlərinizi rahatlada bilərsiniz, amma bununla yanaşı dincəlmək şərtdir.
lent.az
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.