Qüsursuz və yumşaq əllər üçün Maskalar

03 Eylül 2016
1 898
0
Qüsursuz və yumşaq əllər üçün Maskalar
Əllər gün boyu bayırda olan, ən çox görülən bədən üzvlərindən biridir. Buna görə əllərimizin gözəllik baxımı çox önəmlidir. Feat.Az bu niyyətlə əl baxımı üçün maskalar təqdim edir.

Yumşaldıcı əl maskası

Bir çoxları tərəfindən istifadə edilib tövsiyə edilən bu maskanı əllərinizə çəkib 1-2 dəqiqə içində yuyun və dəyişikliyi özünüz hiss edin!

Tərkibi:

Yarım yemək qaşığı və ya 1 yemək qaşığının ¾ qədər şəkər tozu
1 yemək qaşığı zeytun yağı

Şəkəri ovcunuza tökün. Üzərinə zeytun yağını əlavə edib əllərinizə və barmaqlarınıza 1 dəqiqə boyunca bununla masaj edin və ovma hərəkətləri ilə bu qarışımı sürtün.

30 saniyə saxlayıb əllərinizi bol suyla yuyun.

Qüsursuzlaşdıran əl maskası

Bu maska həm əlləri qüsursuz edəcək həm də qara ləkələri ağardacaq. Əllərə parlaqlıq və canlılıq qazandırır.


Tərkibi:

2-3 çay qaşığı qədər təzə sıxılmış limon suyu
1 yemək qaşığı soda
1 yemək qaşığı bal

Bir kasanın içində yuxarıdakı ərzaqları qarışdırın. Əllərinizi yuduqdan sonra bununla dairəvi hərəkətlərlə masaj edin. 5-7 dəqiqə saxladıqdan sona bol suyla durulayın. Çox həssas dərilərdə limon alergiya yarada biləcəyindən diqqətli olun.

Qeyd: Maskalarda istifadə etdiyiniz məhsullardan hər hansısa birinə qarşı alergiyanız varsa, istifadə etməməyiniz məsləhətdir.
lent.az
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.