Böyrəklər üçün ən Ziyanlı 5 QİDA

29 Eylül 2016
2 224
0
Böyrəklər üçün ən Ziyanlı 5 QİDA
Böyrəkləri sağlam saxlamaq üçün bəzi qidaların qəbulunu məhdudlaşdırmaq lazımdır. Feat.Az saglamolun.az-a istinadən həmin qidaları sadalayır. Bu qidalar arasında:

1. Duzlu qidalar,
şorabalar və s. Duz orqanizmdə suyu saxlayır ki, bu da böyrəklərə olan gərginliyi artırır. Duzlu qidaların tez-tez qəbulu böyrək daşı xəstəliyinin inkişafına təkan verir.

2. Zülallarla zəngin olan qidalar.
Zülalların qidalanmamızda olması çox vacibdir. Zülallar orqanizmin əsas "tikinti materialı"dır. Lakin belə qidaların həddindən artıq qəbulu böyrəklər üçün çox ziyanlıdır, böyrək daşı və digər böyrək xəstəliklərinin inkişafına səbəb ola bilər.

3. Purin maddələri ilə zəngin qidalar -
ət və balıq konservləri, heyvanların içalatı, yağlı bulyonlar və s. Purin maddələrin dağılması nəticəsində çoxlu miqdarda sidik turşusu əmələ gəlir. Sidik turşusunun orqanizmdə artıqlığı podaqra xəstəliyinə, böyrəklərdə və sidik kisəsində daşların əmələ gəlməsinə səbəb olur.

4. İspanaq və turşəng.
Az miqdarda qəbul olunduqda bu göyərtilər orqanizm üçün faydalıdır. Lakin bu göyərtilərin çoxlu miqdarda və tez-tez qəbulu böyrəklərdə daşların əmələ gəlməsinə səbəb ola bilər.

5. Çox ədviyyatlı qidalar.
Ədviyyatlar çox faydalıdır. Onlar güclü iltihab, mikrob və xərçəng əleyhinə təsirə malikdir. Lakin ədviyyatlardan sui-istifadə etmək olmaz. Qidalanmada ədviyyatların artıqlığı böyrəklərə qıcıqlandırıcı təsir edir və vaxt keçdikcə müxtəlif pozulmalara gətirib çıxarda bilər.
Loading...

ƏN SON XƏBƏRLƏR

HAMISI
Qəlbim Sahibsiz Ada Yazılı Şəkilləri 2019 (339)
21:00
0

Qəlbim Sahibsiz Ada Yazılı Şəkilləri 2019 (339)

18.11.2019 Gündəlik Bürclər (18 Noyabr 2019)
20:00
0

18.11.2019 Gündəlik Bürclər (18 Noyabr 2019)

Kişilər ehtiraslı qadını qoxusu ilə hiss edir – ALİMLƏR
19:00
65

Kişilər ehtiraslı qadını qoxusu ilə hiss edir – ALİMLƏR

Modamı Dediniz - Qarışıq Şəkillər 2019 (323)
18:00
219

Modamı Dediniz - Qarışıq Şəkillər 2019 (323)

Kitabdan Söz Yazılı Şəkilləri 2019 (71)
17:00
238

Kitabdan Söz Yazılı Şəkilləri 2019 (71)

Məşhurların İnstagramda Son Paylaşdıqları - FOTO
16:00
121

Məşhurların İnstagramda Son Paylaşdıqları - FOTO

Xoşbəxtliyimizin 90 faizi bağırsaqlardan asılıdır - DİQQƏT!
15:00
68

Xoşbəxtliyimizin 90 faizi bağırsaqlardan asılıdır - DİQQƏT!

Duyğusuz Yazar Yazılı Şəkilləri 2019 (60)
14:00
317

Duyğusuz Yazar Yazılı Şəkilləri 2019 (60)

Bürclər Haqqında Maraqlı Məlumatlar (618) - Fotolar
13:00
243

Bürclər Haqqında Maraqlı Məlumatlar (618) - Fotolar

GERİ 1 2 3 4 5 6 7 8 9 10 ... 528 İRƏLİ