"Hicab bağlamaq istəyirəm, amma valideynlərim razı deyil..."

23 Eylül 2016
2 178
1
"Hicab bağlamaq istəyirəm, amma valideynlərim razı deyil..."
Peyğəmbərimiz (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) demişdir: "Xaliqə (Yaradana, Allaha) asi olmaqda məxluqa itaət edilməz".
Feat.Az zikr.az-a istinadən bildirir ki, Peyğəmbərin (sallallahu aleyhi va səlləm) bu və digər hədislərinə əsasən valideyn kimi insana ən yaxın adam Uca Allaha asilik etməyi buyursa belə ona itaət etmək olmaz. Sizin ananız deyir ki, mən haqqımı halal etmirəm. Bəs elə isə ona övlad bəxş edən Uca Allahın haqqına nə üçün təcavüz edir? Əslində bu məsələdə sizin onun üzərində bir övlad kimi haqqınız vardır. Çünki övlada dini tərbiyyə vermək övladın valideyn üzərindəki haqqıdır. Sizin ananız böyük günah qazanır. İndiki dövrdə insanların əksəriyyəti bir tərəfdən dinə əməl etməmək ilə, digər tərəfdən də əməl edənləri çəkindirmək baxımından ikiqat günah qazanırlar. Həmçinin, bilmək lazımdır insan doğru yola gəldikdə və əməllərini islah etdikdə şeytan bəzi insanları, hətta insanın ən yaxın adamlarını onun üzərinə təhrik edir. Həmçinin, bilin ki, bu şeytanın hiyləsidir. Çünki hicab geyinmək həm əxlaq, ədəb-ərkan, həm milli-mənəvi dəyərlər, milli adət-ənənələr baxımından ölkəmizdə təqdirəlayiq xüsusiyyət hesab olunur. Əgər valideynlər cəmiyyətdəki fitnə-fəsadan, ailə problemlərinə diqqətlə nəzər salsalar, bu problemlərin kökündə açıq-saçıqlıq bəlasının durduğunu görərlər. Həmçinin, valideynlərin bu məsələyə bu cür yanaşmaları dini məlumatsızlıqdan irəli gəlir. Ona görə də bacardığınız qədər valideyninizə İslam haqqında danışın, onları Allahın dininə dəvət edin. Allah köməyiniz olsun!
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏYLƏR
  1. Meryem
    Artiq mende bağlayıram wukur
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.