Qadınların seçdiyi ginekoloji estetik əməliyyatlar: vaginal cavanlaşma, G nöqtəsinin inyeksiyası...

07 Ağustos 2021
4 307
0
Qadınların seçdiyi ginekoloji estetik əməliyyatlar: vaginal cavanlaşma, G nöqtəsinin inyeksiyası...
Son illər qadınların kosmetik ginekoloji estetik əməliyyatlara tələbatı çoxalıb. Kosmetik ginekoloji əməliyyat genital bölgədə tibbi zərurət olmadan xəstənin istəyi ilə edilən prosedurdur. Türkiyəli qadın xəstəlikləri mütəxəssisi Zerrin Çelik qadınların ən çox üstünlük verdiyi əməliyyatlardan danışıb. Feat.Az həkimin bu haqda fikirləri ilə xanımları tanış edir.

Z. Çelik ilk növbədə onu bildirir ki, kosmetik ginekoloji əməliyyatlar ginekoloqlar tərəfindən həyata keçirilir. Daha çox edilən ginekoloji estetik əməliyyatlar isə aşağıdakılardır:

- Labioplastika (genital orqan dodaqlarının kiçildilməsi)
- Böyük dodaqlardakı yumşaq hissələrin düzəldilməsi
- Vaginal cavanlaşma (vaginal rejuvenatian)
- Vaginal daraltma (lazerlə və ya cərrahi olaraq)
- Sidik torbasındaki sallanmaya müdaxilə
- Vulva depigrentasiyası (vulvadakı rəng tündləşmələrinin lazerlə müalicəsi)
- G nöqtəsinin inyeksiyası

Həkim qadının cinsi orqanında yumşaqlığın yaranması və sallanmaların səbəblərini də açıqlayıb. Onun sözlərinə görə, hamiləlik, normal doğuş, çəki artımı, hormonal pozuntular, menopauza və yaş kimi səbəblərdən qadın cinsi orqanının dinamikası və funksiyası pozula bilər. Bu da vagina əzələlərində zəiflik, vaginal kanalda genişlənmə və forma pozuntuları kimi problemlərə yol aça bilər. Dünya ədəbiyyatında bu vəziyyət “vaginal relaks” sindromu kimi tanınır. Bu hal cinsi əlaqədə də problemlər yaradır: “Qadında cinsi əlaqədə çatışmazlıq duyğusuna, estetik görünüşün korlanmasına, orqazm və hiss edə bilməmə problemlərinə səbəb ola bilər. Hətta cinsi əlaqə zamanı vaginadan arzuedilməz səs də gələ bilməsi diskomfort hissi yaradar”.

Vaginal genişlənmənin mülaicəsi lazerlə (əməliyyatsız, tikişsiz, anesteziya olmadan) və cərrahi müdaxilə ilə həyata keçirilir. Lazer müalicəsi lazer şüalarının toxumalarda meydana gətirdiyi foto termal təsirlə yeni kollagen istehsalını yaradır. Bu da vaginada cavanlaşma və daralma təmin edir: “Bu üsuldan yararlanan xəstələrin 95 faizində vaginada möhkəmlik artır, xəstələrin 97 faizi isə məmnuniyyətini ifadə edir. Lazerlə vaginal cavanlaşmanın bir çox üstünlükləri var”.

Onlar aşağıdakılardır:


- Əməliyyat anesteziya, kəsik və tikiş tələb etmir.
- Prosedur əsnasında və sonra ağrı olmur.
- Dərhal gündəlik həyata qayıtmaq mümkündür.
- Yan təsir riski olmayan etibarlı bir üsuldur.
- Cəmi 30 dəqiqə vaxt aparır.

Eyni zamanda, lazerlə vulvaginal condylom (ziyil) və erroziya, yara müalicəsi də müvəffəqiyyətlə həyata keçirilir.

Labioplastika nədir və necə tətbiq olunur?


Son illər genital estetik əməliyyatlar arasında ən çox tələb edilən prosedurlardan biri də labioplastikadır. Labioplastika - vagina girişində normaldan iri, geniş, qırışıq və sallanmış genital daxili dodaqların kəsilərək, estetik kiçildilməsi əməliyyatıdır: “Normalda kiçik dodaqlar, xaricdə olan və görünən böyük dodaqların altındadır və görünmürlər. Bunların sallanması həm estetik baxımdan narahat edicidir, həm də cinsi əlaqə zamanı problemə səbəb olur. Qadında cinsi baxımdan özünə inamın azalmasına gətirib çıxarır. Labioplastika adını verdiyimiz bu cərrahi müdaxilə ilə sadaladığımız problemlər həll edilir. Labioplastika əməliyyatı lokal anesteziya və ya səthi ümumi anesteziya ilə edilir. Əməliyyatdan 4 həftə sonra cinsi əlaqəyə icazə verilir. Bu müdaxilə əsnasında qızlıq pərdəsinə heç bir zərər gəlmir. Buna görə də labioplastikadan gənc qızlara da tətbiq oluna bilər. Bu əməliyyatı keçirmək normal doğuşa da mane olmur”.

Vulvanın ağardılması


Vulva bölgəsində tündləşmə doğuşdan sonra hormonal təsirlərdən baş verir. Bu bölgədə dərinin tündlüyü yalnız estetik problemdir. 5-6 seans lazer tətbiqi ilə çox yaxşı nəticələr alına bilər: “Xarici genital sahəyə vulva deyilir. Vulva zamanla yaşa və hormonal dəyişikliklərə bağlı olaraq qarala bilər. Buradakı qaralma ana hormon estrogendir. Vulvadakı qaralma doğuşdan ola bildiyi kimi, doğuş həblərinin istifadəsi, polikstik over sindromu, bəzi hormonal problemlər, bəzi dəri xəstəlikləri da xarici genital sahədə tündləşməyə səbəb olur. Vulvadakı tünd rəng hər hansı bir sağlamlıq probleminə gətirib çıxarmır. Lakin insanı vizual olaraq narahat edə bilər”.

Mütəxəssis lazer müalicəsi ilə vulvada rəng açma, ağartma əməliyyatı edilə biləcəyini əlavə edib. Qenerasiya əvvəli çəkilən lokal anesteziya təsirli krem ​ağrı hissini aradan qaldıra bilər. Qenerasiya 15-20 dəqiqə çəkir: “Qenerasiya əsnasında verilən lazer işığı sayəsində dərinin dermis təbəqəsində iştirak edən və tündləşməyə səbəb olan melanin piqmentini çıxaran "melanosit" hüceyrələrini məhv edərək ağartma reallaşır. Lazerlə rəng açma əməliyyatı üçün bir neçə seans kifayətdir. Qenerasiya ağrısızdır. Əməliyyatdan dərhal sonra adi həyat tərzinə qayıtmaq mümkündür”.

G nöqtəsi inyeksiyası


G nöqtəsi ilk dəfə 1944-cü ildə alman alimi Ernest Graefenberg tərəfindən təyin olunub. Vaginanın ön üzündə - “symphisis pubis” ilə “serviks” arasındakı yarıyolda yerləşir. Dərin təzyiqə son dərəcə həssas olduğu üçün erogen bölgədir. 2009-cu ildə aparılan araşdırmalardan birində vagina ilə məsafədə G nöqtəsinə uyğun gələn bölgənin qalınlığı ölçülüb. Bu bölgəsi qalın olan qadınlarda orqazmın daha asan olduğu isbat edilib. Qadınların 15%-də bu nöqtən həddindən artıq incədir. Həmin qadınların vaginal orqazma çatma nisbətləri çox aşağı olur. Odur ki, həmin bölgəyə lokal anesteziya altında plomb yeridilməsi qadının cinsi həyat keyfiyyətini artırır. G nöqtəsi inyeksiyası cinsi istiqamətdə aktiv qadınlarda qeyri-cərrahi, həkim nəzarəti altında tətbiq olunan, müvəqqəti və sadə bir müalicə üsuludur.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.