1 gün ac qalmaq orqanizmi 3 ay cavanlaşdırır
Məlumdur ki, qida bağırsaqlardan 2 gün ərzində keçir, bu səbəbdən, birgünlük ac qalmaq elə də əziyyətli proses deyil. Düzgün təşkil olunmuş pəhrizlə həzm sisteminin fəaliyyəti yaxşılaşır və bədənə zərər dəymir. Əksinə, çox faydalıdır.
Yeməkdən 1 günlük imtina
Bu pəhrizi həftədə bir dəfə tətbiq etdikdə orqanizmdəki fövqəladə dəyişikliyi çox gözləməli olmayacaqsınız.
Birgünlük ac qaldıqdan sonra səhəri gün güzgüdə əksinizə baxanda dəyişikliyi açıq-aşkar müşahidə edəcəksiniz. Dəri hamar və parlaq olacaq! Göz qapaqlarındakı torbalar və şişkinlik azalacaq.
Feat.Az publika.az-a istinadən xəbər verir ki, bir gündən sonra bağırsaqlarda yığılmış bütün qida qalıqları tamamilə xaric olacaq. Həzm yolu saat kimi işləyəcək.
Tərəzinin üstünə çıxın: 1 kq az göstərəcək. Təəccüblənmək lazım deyil, yalnız ertəsi gün çox yeyib bunun əvəzini çıxmaq olmaz. Uzunmüddətli müsbət nəticə üçün mütəmadi olaraq, həftədə bir dəfə ac qalın.
Bununla orqanizmdə mübadilə prosesləri normaya düşəcək. Pəhriz zamanı boy hormonları da artır. Bu hormonlar yetkin insanlarda əzələ kütləsinin artmasına, sümüklərin möhkəmlənməsinə və yağların parçalanmasına kömək edir.
Beynin işini aktivləşdirməklə onu yeni fikirlərin axtarışına stimullaşdırmaq mümkündür. Bəzilərinin hətta yaradıcılıq bacarığı və mənəvi yüksəliş istəyi artır.
Bədənə müxtəlif xəstəliklərlə mübarizə aparmağa yardım etmiş olarsınız. Ac qalmaq astmanı əhəmiyyətli dərəcədə azaldır, ürək-damar xəstəlikləri riskini də azaltmaqla yanaşı, tutmaların sayı və onların intensivliyini aradan qaldırır, həmçinin orqanizmin immun sistemini möhkəmləndirir. Ən əsası, orqanizm 3 ay cavanlaşır.
Siz yeməklərə olan psixoloji bağlılıqdan azad olacaqsınız, bütün günü nə isə çeynəmək kimi pis vərdişlər də öz-özünə aradan qalxacaq.