Qışda etdiyimiz səhvlər - Maraqlı
Soyuq hava dəriyə maksimum qulluq tələb edir. Deməli gözəl qalmaq üçün diqqətimizdən yayınan detallara daha da önəm verməliyik.
Qurumuş dəri, göz altı qaraltılar, üzdə qızarıqlıq və sizi narahat edən problemlər varsa demək etdiyimiz səhvləri düzəltmək vaxtıdır.
İsti suda duş almaq – Çöldə mənfi tempratur varkən əlbəttə isti duşdan gözəl heçnə yoxdur, amma biz bu zaman dərimizi unuduruq. Temperatur fərqi dərimizin üst qatında kəskin balans yaradır və nəticədə dərimiz quruyur. Saçları isti suda yumaq onları solğunlaşdırır.
Sabun – Quruyan dərimizi qurudan daha bir vasitə. Nə qədər təmiz yuduğuna əmin olsaq da sabunu tərkibində efir yağları, süd və nəmləndiri olan duş gelləri ilə əvəz etmək lazımdır.
Nəmləndiricilər – Tonal, BB, CC kremlərin tərkibində nə qədər nəmləndirici olsa da dərinizə bir başa tətbiq etdikdən bir müddət sonra qurumaq ehtimalları böyükdür. Yox, mənim dərim yağlıdır - deyə, düşünürsünüzsə yanılırsız. Hər bir dəri növünə uyğun nəmləndiricilər var və bunları qışda tədbiq etmək mütləqdir.
Dodaq balzamı – Son aylarda məşhurlaşan "lip balm" dediyimiz şəffaf, yağlı dodaq boyaları. Çoxlarımız bunu unuduruq, amma dodaq boyasının altından tədbiq etməklə gün ərzində həm də onun qalıcılığını artırmış olarsınız. Gecələr dodaq balzamını çəkib yatsanız səhər dodaqlarınızdakı fərqdən məmnun qalacaqsınız.
Günəş qoruyucu(SPF) – Bəli, bəli düz oxudunuz. Qışda günəş? Əlbəttə! Siz hiss etməsəniz belə dəriniz daha həssas olduğundan ən zəif günəş şüalarına belə reaksiya verəcək. Buna misal olaraq qarlı havanı düşünün.O zaman çoxları günəş eynəyindən istifadə edir. (Nəmləndiricilərin çoxu SPF tərkibli olur. Sadəcə alarkən diqqət etmək lazımdır.)
Xırda detallar deyib keçməyək, axı gözəlliyimizi qorumaq öz əlimizdədir.
foxy.az