7 addımda gənc dəriyə sahib olmağın hiylələri

14 Kasım 2016
1 163
0
7 addımda gənc dəriyə sahib olmağın hiylələri
25 yaşdan sonra, adətən, dərimizdə bir çox proseslər baş verir. Amma bu zaman çoxumuz pisə doğru baş verən bu proseslərin qarşısını alarkən səhvlər edirik. Bu səhvlərin qarşısını almaq üçün sizə 7 hiylə veririk. Dəriniz üçün olan bu 7 addımı mütəmadi etsəniz yaxşı nəticə əldə etmiş olacaqsınız.

1. Su için
Gündə ən azı 8 stəkan su için. Su içmək dərinizə yaxşı təsir edəcək təbii vasitələrdəndir. Su içmək prosesinizi əyləncəli bir hala gətirin. Rəngli stəkanlardan istifadə edin, su içərkən stəkanınızın içinə meyvə dilimləri atın. Belə etdikdə həm suyunuzu canlı etmiş olacaqsınız, həm də su içməkdən bezməyəcəksiniz.

2. Daha çox C vitamini və sink qəbul edin
Araşdırmalara görə, çox C vitamini və sink qəbul etmək dərinin özünü yeniləməsinə kömək edir.Dərinizin özünü qoruması üçün balıq (somon), yaşıl bitkilər (brokoli), badam və qoz kimi qidalar qəbul edin. Eyni zamanda da qəhvəyə əlvida deyib, yaşıl çaya xoş gəldin deyin.

3. Düzgün yuxu yatın və üzünüzü yuyun
8 saatlıq yuxu dərinizin gün ərzində görəcəyi zərərlərə qarşı özünü toplamasına köməkçi olacaq. Yatmadan da əvvəl üzünüzü yumaq çox lazımlı prosesdir. Çünki üz yuyulmadıcaq gecə dəri özünü yeniləməkdə çətinlik çəkir. Qeyd edək ki, dəri gecələri yaxşı nəfəs alır.

4. Yastıq üzlərinizə fikir verin
Gülməli səslənsə də, qırışmış yastıq üzləri üzünüzə pis təsir edən vasitələrdəndir. Saatlardaüzünüzlə təmasda olan yastıq üzləri dərinizə zərər verə bilir. Bunun üçün də hamar, ipək yastıq üzlərindən istifadə edin.

5. Keyfiyyətli göz kreminə yatırım edin
Dərinin ən incə, həssas bölgəsi olan göz ətrafınızın yaşlanmasının qarşısını almaq üçün yaxşı bir göz kremindən mütəmadi olaraq istifadə edin. Yatmadan əvvəl göz ətrafınıza çəkdiyiniz bu krem yatdığınız 8 saat müddətində həmin hissəyə lazım olan nəmi verəcək.

6. Zülalla dostluq edin
Zülalın dərimiz üçün nə qədər faydalı olduğunu bilirsiniz? Xüsusilə də, şüyüd dərimiz üçün çoxvacib zülaldır. Onun tərkibindəki zülal dərinin sıxlaşmasına kömək edir.

7. Həftədə bir dəfə kağız maska edin

Dərinizə uyğun bir dəfə istifadə olunan kağız maskanı tapıb həftədə bir dəfə onunla maska edin. Bunu dəriyə qulluq rutininizə əlavə edin və mütəmadi edin.
foxy.az
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.