Sağlam dərinizin dərmanı - 8 qida
Dərinizə parlaqlıq və gənclik qatın
Əgər lazımlı miqdarda A vitamini qəbul etmirsinizsə dərinizin "acı” çəkməsi çox təbiidir. A vitamini dərinizi qurumağa və qabıqlanmağa qarşı gücləndirdiyi kimi, yaşlanmasının da qarşısını alır. Xüsusilə də, ispanaq və qırmızı kələm kimi qidalara üstünlük versəniz yaxşı nəticə əldə edə bilərsiniz.
Bərpa edin və gəncləşdirin
Bunun dərinin sinkə ehtiyacı var. Xərçəng və yağsız ətlər sink baxımından zəngindir. Eyni zamanda da sink dərinizin yağ balansına da nəzarət edir.
Qırışlarmı?
Hamımız portağal və qreypfrut kimi narıncı qidaların C vitamini deposu olduğunu yaxşı bilirik. Bunlar immuniteti gücləndirərək soyuqdan qorunmağımıza kömək edən qidalardır. Eyni zamanda da narıncı qidalar qırışlara qarşı mübaricədə də ən mükəmməl köməkçilərimizdir.
Qoruyun və yaxşılaşdırın
Yaşıl çay dərinizi yaxşılaşdırmaq üçün ən yaxşı çıxış yollarından biridir. Melanomalara qarşı dərini qoruyur və sızanaqları da dəridən yox etmək üçün mükəmməl seçimdir.
Hamarlaşdırın
Tərkibində sulfid olan maskalar dəriyı çox yaxşı təsir edir. Yumurta və sarımsaq kimi sulfid tərkibli qidalar isə dəriyə daxildən dəstək olur. Sulfid bərpaedici və elastikliklik bəxş edən xüsusiyyətilə dərinizin hamar olmasına kömək edir.
Günəşdən qoruyun
Qırmızı sousları mütləq rasionunuza əlavə edin. Amma diqqət edin ki, o souslar təbii olsun. Pomidor yemək dərini günəşin ultrabənövşəyi şüalarından qorumaqda çox təsirlidir.
Müdafiə qalxanı yaradın
Qarağat yemək üçün bəhanəyə ehtiyacınız varsa bundan yaxşı bəhanəniz ola bilməz! Çünki həddən artıq antioksidan mənbəyi olan meşə meyvələri dəri hüceyrələrini qorumaqla onun tez yaşlanmasının da qarşısını alır. Qarağat, moruq, böyürtkən və çiyələk kimi qidaları rasionunuza əlavə edərək, onları salatlarda, yulaflı yeməyinizdə istifadə edə bilərsiniz.
Yumşaldın və elastikləşdirin
Somon, ton balığı kimi balıqlar omega-3 ilə zəngindir. Bu qidalardan qəbul etdiyiniz faydalı yağlar sayəsində dəriniz nəm balansınız bərpa edərək öz elastikliyini geri gətirəcək və yumşalacaq.