Təbii gəncləşdirici kreminizi özünüz hazırlayın
Təbii məhsullarla hazırlayacağınız bu krem bütün dəri növlərinə uyğundur. Dərini nəmləndirir, qırışları azaldır, yaşlanma müddətini gecikdirir. Yeddi gün istifadə etdikdən sonra nəticə sizi qane edəcək.
Lazım olanlar: 1 ədəd yumurta sarısı, 1 ç.q. badam yağı, 1 ç.q. zeytun yağı, yarım xörək qaşığı bal, 2 x.q. vazelin.
Kremi hazırlamaq üçün əvvəlcə vazelini buxarda əridin. Əridikdən sonra qabı buxardan götürün digər məhsulları da vazelinin üzərinə əlavə edin. Qatı kütlə əldə edənə qədər qarışdırın. Sonra şüşə bir qaba töküb ağzını da bağlayın. Dairəvi hərəkətlərlə təmiz dərinizə bu kremi tətbiq edin. Krem dərinizdə təxminən 1 saat qalmalıdır. Bu kremi yatmadan əvvəl istifadə etsəniz daha yaxşı olar. Soyuducuda saxlamağınız məsləhətlidir. Bir gündə 2 dəfə istifadə etmək olmaz.
foxy.az