Üzərində gözmuncuğu gəzdirmək olarmı?
Feat.Az zikr.az-a istinadən bildirir ki, Uca Allah Ona şərik qoşmaq barəsində buyurur: "Şubhə yoxdur ki, Allah Özünə şərik qoşanları əfv etməz!" (ən-Nisə, 48). "Allaha şərik qoşana Allah, şübhəsiz ki, Cənnəti haram edər. Onun düşəcəyi yer Cəhənnəmdir!" (əl-Maidə, 72) "Əgər (Allaha) şərik qoşsan, bütün əməlin puça çıxacaq!" (əz-Zumər, 65). "Əgər möminsinizsə, Allaha təvəkkül edin" (əl-Maidə, 23).
Belə ayələr Allahın Kitabında çoxdur. Ona görə insan Allaha bel bağlamalı və Allaha arxayın olmalıdır. Ona görə də gözmuncuğunu nəinki uzərinizdə, hətta evdə saxlamaq olmaz. Onun heç bir müqəddəsliyi yoxdur. Peyğəmbərin (ona və ailəsinə Allahın salamı və salavatı olsun) belə buyurur: "Uğursuzluq adlı bir inanc yoxdur. Mənim xoşuma gələn isə "təfəüldür". Məclisində olan səhabələri: "Təfəül" nədir, ya Rəsulallah?" - deyə soruşdular. "Gözəl sözdür (hadisələri xeyrə yozmaqdır)," - deyə cavab verdi. (əl-Buxari, Tibb 19; Müslim, Salam, 102).
Gözdəyməyə gəldikdə isə, gözdəymə haqdır və bunun şəriətdə icazə verilmiş üsullarla müalicəsi göstərilib