........Allahdan Qeyrisinə Dua Etmək şirkdir......

13 Şubat 2015
3 038
0
........Allahdan Qeyrisinə Dua Etmək şirkdir......
........Allahdan Qeyrisinə Dua Etmək şirkdir......


Dua ibadətin ən böyük növlərindəndir, hətta ibadətin özəyidir
. Peyğəmbər - ona və ailəsinə Allahın salavatı və salamı olsun - demişdir: "Dua ibadətin elə özüdür.” (Sünən ət-Tirmizi, 2969). Uca Allah buyurur: "Rəbbiniz dedi: "Mənə dua edin, Mən də sizə cavab verim. Həqiqətən, Mənə ibadət etməyə təkəbbür göstərənlər Cəhənnəmə zəlil olaraq girəcəklər” (Ğafir, 60).

Dua ibadət olduğuna görə Allahdan başqasına dua etmək şirk sayılır. Peyğəmbərə, övliyaya, mələyə, qəbirə və ya digər məxluqlara dua edən kəs Allaha şərik qoşmuş olur. Uca Allah buyurur: "Kim Allahla yanaşı başqa bir məbuda dua edirsə - bunun üçün onun heç bir dəlili yoxdur – (qiyamət günü) onun cəzasını Rəbbi özü verəcəkdir. Həqiqətən, kafirlər nicat tapmazlar!" (əl-Muminun, 117).

Duanın ibadət və Allahdan qeyrisinə edilməsinin isə şirk olmasına başqa bir dəlil Uca Allahın bu ayəsidir: "Onlar gəmiyə mindikləri zaman dini yalnız Allaha məxsus edərək, Ona yalvarırlar. Allah onları xilas edib quruya çıxaran kimi, yenə də Ona şərik qoşurlar” (əl-Ənkəbut, 65).
Bu ayədə Allah müşriklərin xoş günlərində Allah şərik qoşduqlarını, bəla gəldikdə isə Allaha dua etdiklərini bildirərək bunu pisləyir. Bəs görəsən həm xoş gündə, həm də bəla gəldikdə Allaha şərik qoşanların halı necə olacaqdır?!

http://i.hizliresim.com/WrB708.gif
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.