Kişilər bu qidaları mütləq yesinlər - SİYAHI
Qırmızı ət: Bədən müqavimətini artırır, infeksiyadan sonra yaxşılaşmağı sürətləndirir.
Qırmızı bibər, pomidor: Tərkibində bol olan C vitamini immunitet sistemini gücləndirir, kalium isə infarkt riskini azaldır. Eyni zamanda, sperma keyfiyyətini artırır.
Yağlı balıqlar: Somon və ton balığı sağlam yağlarla zəngindir, ürək xəstəlikləri riskini artıran qan təzyiqi və xolesterolun düşməsinə kömək edir.
Fındıq: Maqnezium, E və B vitamini ilə zəngini olan fındıq ürək sağlamlığını qoruyur.
Qabıqlı dəniz məhsulları: Sink baxımından zəngin olan bu qidalar saç tökülməsinin qarşısını almaq üçün təsirlidir.
Lobya: Liflə zəngin bu qida diabet və ürək xəstəliklərinə qarşı qoruyucu vəzifə yerinə yetirir.
Yumurta: Xərçəngin qarşısını almaq təsiri çox yüksəkdir.
Yulaf: Diabet və ürək xəstəlikləri riskini azaldır, qan şəkərini tənzimləyir.
lent.az