Təbiətin bu möcüzəsi haqqında nə bilirik?

07 Aralık 2016
1 668
0
Təbiətin bu möcüzəsi haqqında nə bilirik?
Qurani-Kərimin “Nəhl” surəsinin 68-ci və 69-cu ayələrində buyurulur: “Rəbbin bal arısına belə vəhy (təlqin) etdi: “Dağlarda, ağaclarda və (insanların) qurduqları çardaqlarda (evlərin damında, üzümlüklərdə) özünə evlər tik (pətəklər sal). Sonra bütün meyvələrdən ye və Rəbbinin sənə göstərdiyi yolla rahat (asanlıqla) get!.. (O arıların) qarınlarından insanlar üçün şəfa olan müxtəlif rəngli (ağ, sarı, qırmızı) bal çıxar. Şübhəsiz ki, bunda da düşünüb dərk edənlər üçün bir ibrət var!”

Qadinklubu.com insan sağlamlığında, qadınların gözəllik maskalarında, kişilərin cinsi aktivliyinin artırılması üçün hazırlanan tərkiblərdə istifadə olunan, təbiətin möcüzəsi olan bal haqqında ətraflı məlumatı sizə təqdim edir:

Bal — arılar tərəfindən bitkilərdən toplanan, çox güclü şəfaverici təsiri olan təbii qidadır.


Tərkibi insan orqanizmi üçün faydalı maddələrlə zəngin təbii arı balı ən həssas mədə tərəfindən də asanlıqla həzm edilir. Bal daxili orqanları sağlamlaşdırır, insana enerji verir, iradəni möhkəmləndirir, ovqatı yaxşılaşdırır, bədəni gümrahlaşdırır, cavanlığı qoruyub saxlayır, ömrü uzadır.

Balın kimyəvi tərkibi 20% sudan, 75% şəkərdən və 5% başqa maddələrdən ibarətdir.


Bal yeganə qida məhsuludur ki, orqanizm tərəfindən tam mənimsənilir və heç bir qalıq saxlamamaqla yanaşı, orqanizmin şlaklardan təmizlənməsinə kömək edir. Balın ətri, dadı, rəngi, görünüşü və kristallaşması, balın alınmış olduğu bitkilərə görə fərqlənir.

Bal tez və ya gec (götürüldüyü çiçəkdən və saxlanmaq şəraitindən asılı olaraq ) qatılaşıb xarlanır. Balın kristallaşması (xarlanması) təbii prosesdir və balın keyfiyyətinə mənfi təsir göstərmir.

Təbii bal 2 cür olur: çiçək balı və gəzəngi bal.


Çiçək balı götürüldüyü çiçəkdən asılı olaraq müxtəlif ola bilər. Bunlardan cökə, yonca, qaratikan, akasiya, günəbaxan, zeytun və s. çiçəklərdən götürülən bal yüksək keyfiyyətli, şabalıd, Dəfnə və s. bitkilərin balı isə aşağı keyfiyyətli hesab olunur.

Gəzəngi balı arılar təbiətdə quraqlıq vaxtı gəlir olmadıqda bəzi bitkilərin yarpaq və gövdələrinin, yaxud bitkilər üzərində olan həşəratın ifraz etdiyi şirin şirələrdən toplayırlar. Bu bal başqa bala nisbətən güclü bakteriosid (mikrob öldürən) təsirə malik olmaqla insan üçün qorxusuzdur.

Bal əsasən mənşəyinə görə iki böyük qrupa bölünür:


Bu qruplara monoflor (bir növ çiçəkdən: məs. cökə, akasiya və s.) və poliflor (müxtəlif çiçəklərdən: məsələn çəmənlik çiçəklərindən toplanmış) bal daxildir.

Balın köməyi ilə zəif, arıqlamış xəstələrin ümumi vəziyyəti düzəlir, çəkisi normallaşır, qanında hemoqlobinin miqdarı artır. Baldan mədə-bağırsaq, ürək-damar, vərəm və hətta soyuqdəymə xəstəliklərinin müalicəsində də geniş istifadə olunur. Bal bədənə istilik verməklə bərabər sidikqovucu və quruducu xassəyə malikdir. Bal bağırsaqların və böyrəklərin daha yaxşı işləməsini təmin edir, əsəb sistemini oyadır, zehni əməklə məşğul olan adamların iş qüvvəsini artırır.

Balı yaşyarımdan kiçik körpələrə vermək olmaz. Onları mədə-bağırsaq sistemi botulizm xəstəliyi yarada bilər.


Həkimlər bildirilər ki, qışı sağlam keçirmək üçün hər gün 1 qaşıq bal yemək məsləhətdir. Soyuq havalarda xüsusən bala üstünlük verilməlidir. Bal ümunitetinizi qüvətləndirər və sizi gün ərzində gümrah saxlayar. Qəbul etdiyiniz qıdaların içərisindən balı əksik etməyin!
qadinklubu.com
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.