7 gün acqarına sarımsaqlı bal yesəniz, vücudunuzda nələr baş verəcək?

08 Aralık 2016
1 987
0
7 gün acqarına sarımsaqlı bal yesəniz, vücudunuzda nələr baş verəcək?
Sarımsaq yeməklərə fərqli dad verən, eyni zamanda çox xəstəliyi müalicə etməyə qadir olan faydalı qidadır.

Feat.Az publika.az-a istinadən sarımsağın orqanizmə təsirini təqdim edir:

Sarımsaq dünya mətbəxlərində ən geniş istifadə edilən məhsullardan biridir. Lakin bir çox dərmanı əvəz edən sarımsağı çiy yemək daha faydalıdır. Sarımsaq yüksək qan təzyiqini və xolesterini aşağı salır, ürək xəstəliklərini və infarktın qarşısını alır. Eyni zamanda damar tıxanmasının təsirlərini azaldır. Bahar soyuqdəyməsi, səyahət ishalı, soyuqdəymə, qrip və göbələk infeksiyaları kimi problemlərə müalicəvi təsir göstərir.
Sarımsaq həmçinin, osteoartroz, diabet və böyümüş prostat kimi xəstəliklərinin təsirini azaldır. Sarımsağın immuniteti gücləndirmək və orqanizminizin toksinlərdən təmizlənmə qabiliyyəti də yüksəldir. Sarımsaq, soğan və zəncəfil qarışığı isə kimyəvi terapiyadan sonra orqanizmdə toplanmış toksinləri təmizləyir.
Sarımsağı necə istifadə etməli?
Sarımsaq çiy halda yeyildikdə orqanizmə faydası bir o qədər çox olur. Çünki sarımsaq bişirildikdə tərkibindəki bütün faydalı komponentlər, xüsusi ilə də allisin maddəsi faydasız hala gəlir.
Sarımsağı yeməkdən 15 dəqiqə əvvəl əzib yeyin. Çünki sarımsağı əzmək allisinin orqanizm tərəfindən daha çox əmilməsinə səbəb olur.
Sarımsaq ac qarına yeyilməlidir, çünki mədə çox dolu olanda qidalardakı maddələrin həzm sistemi tərəfindən sorulması çətinləşir.
Çiy sarımsaq və bal
2-3 diş sarımsağı xırda-xırda doğrayın. Onu 1 xörək qaşığı bal ilə qarışdırın. Bu qarışığı 7 gün ard-arda edib acqarına içsəniz, özünüzü daha aktiv və daha sağlam hiss edəcəksiniz.
Qrip əleyhinə sarımsaqlı cövhər
Əgər dəriniz həssasdırsa əlcək geyinin. Bu cövhəri hazırlayan zaman gözlərinizi əllə ovxalamayın, çünki içindəki təbii yağlardan bəziləri dəri qızartısına və ya dəri yanmasına səbəb ola bilər.
İnqrediyentlər:
Qalın doğranmış 1/2 ədəd soğan
3 diş qalın doğranmış sarımsaq
2 ədəd qalın doğranmış qırmızı acı bibər
1 xörək qaşığı doğranmış zəncəfil
1 ədəd limonun suyu
Çiy və filtrsiz alma sirkəsi
Hazırlanması:
Təxminən 350-500 ml həcmində şüşə bankaya qalın doğranmış soğanları, sarımsaqları və qırmızı bibərləri tumları ilə birlikdə əlavə edin.
Sonra isə bankaya doğranmış zəncəfili tökün. Limonun suyu ayrı qaba sıxın, içindən limon tumlarını çıxarıb zəncəfilin üzərinə tökün.
Sonda bankın üstündə 1 sm boşluq qalacaq qədər alma sirkəsi əlavə edin. Bankanın qapağını örtüb qaranlıq yerdə mühafizə edin. Bu şəfalı cövhəri həm boğaz, həm soyuqdəymə, həm qrip xəstəliklərində istifadə edin.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.