Həyatı asanlaşdıran 15 super üsul

06 Eylül 2022
1 773
0
Həyatı asanlaşdıran 15 super üsul
Dodaqların çatlayır, qaşlarını alarkən çox ağrıdır, saçların elektriklənirsə heç narahat olma. Bütün bunların və həyatını çətinləşdirən daha artıq problemlərin asan həlli var. Feat.Az sənin üçün həyatını asanlaşdıracaq 15 üsuldan yazır.

Ağız qoxusuna qarşı yaşıl alma

Ağız qoxusunun qarşısını almaq üçün dişləri fırçalayarkən dili də təmizləmək lazımdır. Gündə 1 ədəd yaşıl alma yemək həm ağız qoxusunun qarşısını alır, həm də dişlərin sağlam olmasına şərait yaradır.

Quru saçların dərmanı zeytun yağı

Qurumuş və sərtləşmiş saçlara zeytun yağı çəkib 30 dəqiqə saxlayıb və yumaq lazımdır. Zeytun yağı saçlara parlaqlıq və yumşaqlıq bəxş edir.

Qaşları alarkən ağrıya qarşı isti su

Qaşlarını alarkən çox ağrı hissi olursa isti suya pambıq batırıb həmin hissəni silməyin yetərlidir. Prosses bitənə qədər də eyni hərəkəti edə bilərsən.

Sızanaqların tez məhv olması üçün bal

Sızanaqlar səni bezdiribsə onlardan tez yaxa qurtarmaq üçün gecə yatmamışdan əvvəl həmin hissəyə bal çəkib üzərinə də yayılmasın deyənə yara bandı yapışdır. Səhər oyandığın zaman sızanaqların gözlə görüləcək qədər soluxduğunu hiss edəcəksən.

Çatlamış dodaqların dərmanı yaşıl çay

Dodaqların çatlayıb zədələnibsə bir paket yaşıl çayı isti suyun içində bir neçə dəqiqə dəmləməyə qoy. Bu paket çayla dodaqlarına kompres etsən faydalı olar.

Həcmli saçlar üçün əvvəl saç kremi, sonra şampun

Saçlarını həcmli etmək üçün yuyarkən əvvəlcə saç kremini çəkib bir az gözləyib yumaq, daha sonra şampunlamaq lazımdır.

Elektriklənmiş saçların həlli saç fırçası

Saçların elektriklənirsə onun qarşısını almaq üçün yumşaq uclu saç fırçalarından istifadə et və yuyulmayan saça qulluq üçün olan kremlərdən istifadə et.

Süni buruqların ömrünü uzatmaq üçün sprey

Buruqların açılmağa başlayırsa onların ömrünü uzatmaq üçün azca saç spreyindən istifadə edərək buna nail ola bilərsən.

Arzuolunmaz tüklərə qarşı saç kremi

Arzuolunmaz tükləri təmizləyərkən təraş bıçağından istifadə edirsənsə dərin zədələnməsin deyə saç kremindən istifadə et. Təmizləyəcəyin hissəyə saç kremi çək, bir neçə dəqiqə gözlədikdən sonra təraş et. Nəticədə görəcəksən ki, dərin yumşaq və hamardır.

İdman ayaqqabılarını yastıq üzündə yu

İdman ayaqqabıların zərər görməsin deyə onu yumaq üçün yastıq üzünün içinə qoy və paltaryuyan maşında yu. Beləliklə ayaqqabıların zərər görmədən təmizlənəcək.

Zamşa ayaqqabıları təmizləmək üçün sərt paltar fırçası

Zamşa ayaqqabılarını təmizləmək üçün üzərindəki ləkənin yaxşıca qurumasını gözlə və sərt paltar fırçasıyla sürt.

Ruqan ayaqqabıların çatlamasına qarşı zeytun yağı

Ruqan ayaqqabı geyinirsən və çatlaması kefini pozursa geyinməmişdən əvvəl azca nəmləndirici krem və ya zeytun yağı çəkib saxla və sonra geyin.

Ayaq sıxan ayaqqabının çarəsi isti su buxarı

Yeni aldığın ayaqqabın ayağını sıxırsa çarə isti su buxarıdır. Onu isti su buxarına tutaraq genişlənməsinə nail ola bilərsən.

Mövsümlük ayaqqabıların korlanmaması üçün qəzet

Mövsümü keçmiş ayaqqabıları yığışdırıb şkafın yuxarı gözünə qoyanda korlanmaması üçün içərisinə topa halında qəzet qoya bilərsən.

Ayaqqabıdakı pis qoxunu aradan qaldırmaq üçün karbonat

Ayaqqabıdakı pis qoxunu yox etmək üçün gecə içinə karbonat səpib bir gecə belə saxlamaq lazımdır. Səhəri gün isə silkələyib geyinmək olar.
Əvvəlki Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.