BAKİRƏLIK “SİMVOLU” haqqında 5 MARAQLI FAKT
Embrionun xarici cinsiyyət orqanları dölün 7-12-ci həftə aralığında formalaşmağa başlayır. Oğlan doğulacaq körpələrdə cinsiyyət divarları birləşərək xayaların içində dəri əmələ gətirir. Qız doğulacaq körpələrdə isə cinsiyyət divarları 4 yerə ayrılaraq- xarici və daxili dodaqları formalaşdırır. Nəticədə, arada qalan qalıq hissəyə isə Hymen (Qızlıq Pərdəsi) deyilir.
Feat.Az qızları tez-tez narahat edən suallara cavab olaraq maraqlı faktları təqdim edir:
1. Alimlərin apardığı araşdırmalar göstərib ki, bu "orqanın" heç bir ciddi funksiyası və orqanizm üçün önəmli rolu yoxdur. Bir qrup alim onu uşaqlıq yolu üçün sədd olduğunu desə də, digər bir qrup forması etibarilə onun bu nəzəriyyəyə cavab vermədiyini deyir.
2. Canlılar arasında yalnız insanlarda deyil, bəzi heyvanlarda da qızlıq pərdəsi mövcuddur. Hymen (qızlıq pərdəsi) bir çox məməli heyvanlarda -siçan, at, lemur, donuz, lemur və s. mövcuddur. Lakin insanlardan fərqli olaraq heyvanlarda hymen cinsi əlaqə zamanı deyil, müəyyən dövrdə öz-özünə parçalanır.
3. Hymen müxtəlif formalara malikdir. Hətta anadangəlmə onun mövcud olmaması da tibbi cəhətdən təsdiqlənib. Hymen orta hesabla 2000 qadın arasında 3 nəfərdə anadangəlmə olmaya bilər. Lakin bəzən elə məqam olur ki, tibbi müdaxiləyə ehtiyac yaranır.
4. Elastik hymenlər elmi cəhətdən az olsa da, rast gəlinən haldır. Avropada bu artıq yetkinlik yaşına çatmış gənc qızlara həkim tərəfindən bildirilir. Bu halda hər hansı bir qanama müşahidə edilmədiyi üçün, xüsusilə müsəlman ölkələrində qadına qarşı ciddi reaksiyalar formalaşa bilir.
5. Hazırda "tibb sahəsində yenilik adlandırılan" hymenin cərrahi üsulla bərpası qədim zamanlardan mövcuddur. Qadınlar isti qətran metodu ilə özlərini müalicə edə bilirdilər. Məhz bu üsul yayılmağa başladıqdan sonra qadınlar qız bəyənmək üçün hamama getməyə başlayıblar. Çünki, istiliyin təsiri ilə qətran əriyir və həqiqət ortaya çıxır.
publika.az