İş görüşməsində bu səhvləri etməyin

12 Aralık 2016
1 685
0
İş görüşməsində bu səhvləri etməyin
Salamlaşarkən zəif şəkildə əl sıxmaq
İş görüşünə gedərkən müsahibə alacaq şəxslə zəif şəkildə əl sıxışmaq kövrək və özünüzə güvəninizin az olduğuna işarədir.

Saqqız çeynəmək
Nə qədər bacarıqlı olursunuz, olun - müsahibə zamanı saqqız çeynəməniz arzuladığınız işi qazanmaq şansınızı sıfıra endirəcək.

Geyimə diqqət etməmək
Düz ayaqqabı, çox yüksək topuqlar, saxta kipriklər və qeyri-adi geyimlər müsahibə zamanı çox yanlış təsir bağışlayır.

Keçmişlə bağlı suallara hazırlaşmamaq

Müsahibə zamanı iş axtaranın keçmiş işi ilə bağlı bilmədən işlətdiyi hansısa ifadə onun əvvəlki işində də arzulanan işçi olmadığı təəssüratını oyada bilər.
Maraqlıdır ki, iş axtaranların əksəriyyəti müsahibə zamanı çantaları qucaqda oturmaqla eyni səhvi təkrarlayırlar.

CV yazılışında səhvlər
Heç nə CV yazılışındakı səhvlər qədər arzularınızı puç edə bilməz.

Telefona cavab vermək
Müsahibə zamanı telefonun zəng çalması, ya da danışığı kəsib zəngə cavab verməyiniz edilən ən böyük səhvdir.

Kasad bədən dili

Duruş və bədən dili müsahibə zamanı bacarıq, yetkinlik və özünə güvənlə bağlı çox şey ifadə edir.

Qeyri-adi fikirlər

Qeyri-adi, yersiz fikirlər müsahibə qəbulunu dəyişə bilər.

Kobud davranış
Hansısa yanlışla bağlı kobud davranış göstərmək təxmini "hə”ni qətiyyətli "yox”la əvəz edə bilər.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.