Gözəllik üçün sadə məsləhətlər...

Gözəllik üçün sadə məsləhətlər...
Gərgin iş günündən sonra, eləcə də ictimai nəqliyyatdan istifadə edənlər tez-tez ayaqların yorğunluğundan şikayət edir.

Türkiyəli kosmetoloq Suna Dumankaya ayaqların yorğunluğu aradan qaldırmağın və dərini hamarlaşdırmağın sadə üsulunu təklif edib.


- Üz dərisinin hamar olması nə etməli?

- 1 miqdar saf zeytun yağını isti su və 4 damcı limon suyu ilə qarışdırın. Üzünüzü masajdan əvvəl ilıq su ilə yaxalayın. Sonra üzünüzü bu maska ilə yüngül masaj edin və bir müddət gözləyin. 10 dəqiqədən sonra sabun istifadə etmədən üzünüzü yenidən ilıq su ilə yuyun. Bu proseduradan sonra üzünüz təravətli, yumşaq və hamar olacaq.


- Gərgin iş günündən sonra ayaq yorğunluğunu aradan qaldırmaq üçün nə etməli?

- 1 xörək qaşığı nanə yağını, 1 kiçik kasa dəniz duzu və 4 yemək qaşığı küncüt yağı ilə qarışdırın. Alınan məhlulu isti su ilə dolu ləyənə tökün. Su ilə məhlulu yaxşıca qarışdırın. Ayaqları topuğa qədər suyun içinə salıb yarım saat gözləyin. Ayaqları sildikdən sonra bir limonun suyu ilə ovun.

- Bədənin yumşaq və nəmli qalması üçün nə etməliyik?
- Əgər dəriniz çox quruyursa, bu, onun yağa ehtiyacı olduğunu göstərir. 1 xörək qaşığı küncüt yağı, 1 xörək qaşığı badam yağı, 1 xörək qaşığı zeytun yağı, 1 xörək qaşığı soya yağı və 1 çay qaşığı jasmin yağını yaxşıca qarışdırın. Hazırlanmış bu qarışığı hamama girməzdən əvvəl bədəninizə masaj edərək sürtün. Yağlar sayəsində dərinin nəmi tədricən özünə gələcək.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.