"Yeni gələnlər özləri sıfırdır, başqası olmaq istəyirlər"

19 Aralık 2016
1 052
0
"Yeni gələnlər özləri sıfırdır, başqası olmaq istəyirlər"
Müğənni Səbinə Babayeva şou-biznesə yeni gələn ifaçıları tənqid edib.

Feat.Az bildirir ki, sənətçi "Xəzər maqazin"ə açıqlamasında onları bir-birini təkrarlamaqda günahlandırıb:

"Azərbaycan estradası sıfır dərəcədədir. 30 il əvvəl Bakıda başqa musiqi var idi. Nə qədər eyni stil - 6/8 formada oxumaq olar? Hamı toy mahnısı oxuyur. Bir alboma 12 mahnı daxil edirlər, hamısı toy stilində. Gedin Vaqif Gərayzadəyə, Eldar Mansurova müraciət edin. Heç olmasa iki mahnını estrada stilində oxuyun.

Yeni gələnlər özləri sıfırdır, başqası olmaq istəyirlər. Siz başqasını yamsılayaraq onun qədər sevilmək istəyirsiniz? Toy oxuyaraq nəsə əldə etmək istəyirlər, düzgün deyil".
axşam.az
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.