Dünyanın yeddi möcüzəsindən birini bərpa etmək istəyirlər
Alimlər Rodosda (Yunanıstan) keçiriləcək xüsusi konfransın gedişində dünyanın yeddi möcüzəsindən biri Rodoslu Kolossun abidəsinin bərpaolunma imkanını nəzərdən keçirəcəklər.
Bu barədə Rodos şəhərinin meri Fotis Hatzidiakos məlumat verib. Alimlər 31 metrlik abidənin bərpası məsələsini 2015-ci ilin yazında keçiriləcək xüsusi konfransda müzakirə edəcəklər. "Biz həmişə Koloss abidəsinin bərpa olunması haqqında düşünmüşük.
Buna baxmayaraq, onun bərpasının məqsədəuyğunluğu və mümkün rekonstruksiyası ilə bağlı işləri alimlərlə müzakirə etmək lazımdır”- şəhərin meri qeyd edib. Dünyanın böyük və tanınmış heykəltəraş və memarları bu layihənin həyata keçirilməsinə yardımçı olmaq üçün öz istəklərini bildiriblər. Koloss abidəsi günəş tanrısı- Rodosun himayədarı Heliosa həsr olunub. O, eramızdan əvvəl 292-ci ildə 12 il ərzində inşa edilib.
Abidə üçün metal silahların və fatehlərin biri tərəfindən Rodosda atılıb qalmış böyük mühasirə mexanizmlərinin yenidən əridilməsindən alınıb. Amma abidə inşa edildikdən cəmi 66 il sonra güclü zəlzələ nəticəsində dağılıb.
Onu yenidən qaldırmaq və bərpa etmək üçün edilən cəhd uğurlu alınmayıb və Koloss abidəsi sonrakı 900 ili yanı üstə yıxılmış vəziyyətdə qalıb. Eramızın 654-cü ilində Rodosu işğal edən sarasinlər nəhəng abidəni hissələrəparçalayaraq Suriyadan olan tacirlərə satıblar.