“İnstagram”da Yeni il funksiyaları olacaq

22 Aralık 2016
1 508
0
“İnstagram”da Yeni il funksiyaları olacaq
Qarşıdan gələn bayramlar ərəfəsində “İnstagram” sosial şəbəkəsinin “Stories” bölməsində yeni funksiyalar fəaliyyətə başlayacaq.
Xüsusilə yeni stikerlər, şəkil çəkmək üçün bayram fırçaları, mətnin yeni növləri, baxılma tarixinin yaddaşa verilməsi və yeni formatda videoçəkiliş olacaq.
Yeni stikerlər onun üçün ediləcək ki, istifadəçilər daha çox bayram əhval-ruhiyyəli olsunlar. “İnstagram” istifadəçiləri onların həcmini, yerləşməsini və stilini dəyişdirə biləcəklər. Həmçinin bir tarixçəyə olan stikerlərin sayına qoyulmuş məhdudiyyət aradan qaldırılacaq.
Yeni fırçaların köməyi ilə istifadəçilər şəkillərin üzərində Yeni il rəmzləri, məsələn, qardan adam çəkə biləcəklər. “İnstagram”ın yenilənmiş versiyasında bir şəklə bir neçə mətnin əlavə edilməsi, onları sağ və sol tərəfə çəkmək mümkün olacaq.
Yeni “Azad əllər” bölməsi kameranın düyməsini daimi olaraq sıxmadan video çəkməyə imkan verəcək. Hazırkı versiyada bu, yalnız iOS əməliyyat sistemli cihazlarda mümkündür. Ancaq yaxın zamanda “Android” istifadəçiləri da həmçinin bu funksiyalardan istifadə etmək imkanı əldə edəcəklər.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.