Üzümüzdəki səpkilər daxildən gələn problemdir - FOTOFAKTLAR

Üzümüzdəki səpkilər daxildən gələn problemdir - FOTOFAKTLAR
Üzümüzdəki səpkilərin bizə işarə etdiyi 5 daxili problem

Üzümüzə səpki çıxdıqda, adətən onu xarici amillərə bağlayıb, müxtəlif kremlərlə ört-basdır etməyə çalışırıq. Əslində isə, üzümüzün müxtəlif hissələrinə çıxan səpkilər bizə daxilimizdə baş verən proseslərdən xəbər verir. Biz isə adətən bu problemlərə göz yummağa meyilli oluruq. Bunu dəyişmək vaxtıdır. İndi sizə diqqət etməli olduğunuz bəzi məqamları çatdıracağıq.

Alın və qaşlar

Üzümüzdəki səpkilər daxildən gələn problemdir - FOTOFAKTLAR
Alın və qaş nahiyəsində əmələ gələn səpkilər bizi mədə-bağırsaq və qaraciyər problemlərinə diqqət etməyə səsləyir. Spirtli içkilərdən uzaq durmaq, qida rasionunuzda isə yağlı və qızardılmış qidaları azaltmağınız məsləhət görülür.

Burun

Burnun üzərindəki səpkilər ürək-damar sistemində problemlərə işarə edir. Bu isə əsasən stressin nəticəsində baş verir. Yuxu rejiminizə və istirahətinizə diqqət etməyə, təmiz havada daha çox vaxt keçirməyə çalışın.

Qulaqlar

Çin təbiblərinin fikrincə, qulaqlarımızın dərisi böyrək və sidik sistemimizlə olduqca sıx əlaqəlidir. Əgər qulaqlarınızda səpkilər əmələ gəlibsə, daha çox su içməyə çalışın.

Yanaqlar və üzün aşağı nahiyəsi

Üzün alt əzələləri və yanaqların üst hissəsi ağ ciyər və bronxların işi ilə bağlıdır. Bu hissədə yaranan səpkilər sizin nəfəs sisteminiz ilə bağlı problemləri də üzə çıxara bilər. Daha bir səbəb isə allergiya ola bilər. Yanaqların aşağı hissəsində olan səpkilər isə stomatoloji problemlərinizdən xəbər verir.

Dodaqlar

Bu hissədə olan dermotoloji problemləri sizə maddələr mübadiləsi, mədə və bağırsaqların işi ilə bağlı problemlərinizin olduğuna işarə edir. Fastfood qidalardan uzaq durmağa çalışın və sağlam qidalanmağa cəhd edin. Meyvə və tərəvəzlər ən yaxşı seçimdir.
Əvvəlki Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.