Ağızın qurumasının səbəbləri

02 Haziran 2017
1 673
0
Ağızın qurumasının səbəbləri
Ağız quruluğu müxtəlif səbəblərlə meydana gələn və gündəlik həyata təsir edən əhəmiyyətli bir narahatlıqdır. Çox insanda müşahidə edilən bu problemin müalicəsi üçün əvvəlcə səbəbləri müəyyən edilməlidir:

Susuzluq
: Bədənin ehtiyacı olan suyun miqdarı ödənmədikdə ağız quruluğuna səbəb olur. Feat.Az deyerler.org-a istinadən bildirir ki, bu səbəbdən də, gündəlik su ehtiyacı ödənməlidir.

Stress: Sinir sistemi ilə bilavasitə əlaqəli olan tüpürcəyin yaranması, təşviş və təlaş kimi hallarda ortadan yox olur. Nəticədə ağız quruluğu meydana çıxır.

Yanlış nəfəs alıb vermək: Əgər burundan nəfəs alıb vermək əvəzinə ağız yolunu istifadə edirsinizsə, xüsusilə gecələri olduqca intensiv şəkildə ağız quruluğuna səbəb olur.

Siqaret çəkmək: Siqaret istifadə edən şəxslərdən tez-tez ağız quruluğu ilə bağlı şikayətlər eşidilir.

Əməliyyat: Əməliyyatdan yenicə çıxmış xəstə bir müddət ağızda quruluq hiss edir.

Bəzi xəstəliklər: Alzheimer, diabet və qanazlığı kimi xəstəliklər ağız quruluğuna səbəb olur.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.