Diş Ətinin qanaması Ağız Qoxusuna Səbəb olur
Ağız qoxusunun digər səbəblərindən biri də ağıl dişləridir. Ağıl dişləri çıxarkən, ağız içərisində boşluqlar yaradır. Diş gec çıxdığı zaman həmin boşluqlar bakteriyalarla dolur. Onları təmizləmək çətin olduğu üçün dişlər mütləq çəkilməlidir. Burun tıxanıqlığı yaşayan adamlar ağızla nəfəs alarkən, diş ətləri quruyur. Quruyan diş ətləri çatladığı üçün bakteriyalar daha çox yığılır və infeksiyalara yol açır.
Ağız qoxusunu aradan qaldırmağın yolları:
Ağız qoxusunu aradan qaldırmaq üçün gündə ən azı 2-3 litr su içmək lazımdır. Su içmək ağızda tüpürcək axınını artırır və ağızın təmizlənməsini təmin edir. Tüpürcək dişlərin üzərinə bakteriya düyünlərinin yığışmasına mane olur. Yeməyi tək tərəfli çeynəmək qanama və ağız qoxusuna səbəb olur. Bir tərəfli yemək yemək hərəkət edilməyən tərəfdə dişlərin üzərinə bakteriyaların yığılmasına səbəb olur. Qidanı hər iki tərəflə çeynəmək lazımdır. Yediyimiz, içdiyimiz hər bir qida dilimizə toxunduğu üçün dilimizi də fırçalamalıyıq.
Diş sapı istifadə etmək
Normal diş fırçası istifadəsində dişlərin sadəcə səthi təmizlənir. Nə qədər ideal bir fırçalama edilsə də, diş arası bölgələr tamamilə təmizlənməz. Xəstəliklərin başlanğıcı dişarası problemlərdən qaynaqlanmaqdadır. Bu səbəblə düzgün ağız boşluğu qulluğu üçün diş ipi istifadə edilməsi məsləhətdir.