Dizində ağrı olanların diqqətinə!

18 Ocak 2017
1 537
0
Dizində ağrı olanların diqqətinə!
Dizlərinizdə daim ağrılar hiss edirsiniz? Elə isə, bu yazını mütləq oxumalısınız.

Dizlərinizdəki ağrılar menisk yırtığının əlamətləri ola bilər. Oynaqlardakı narahatlıqlara laqeyd yanaşdıqda dizdəki fəsadlar arta bilər. Buna görə də dizdəki narahatlıqları vaxtında bilmək və həkimə müraciət etmək lazımdır. Bu, sizin sağlamlığınız üçün çox vacibdir. Menisk və ya əzələ toxuması problemi yaşayanlar başda olmaqla diz narahatlıqları olanlar idman hərəkətlərini yüngülləşdirməlidirlər. Əgər məşğul olduğunuz iş fəal və gərgin fiziki hərəkətlərlə bağlıdırsa, iş yerinizdəki həkimlə görüşüb vacib tədbirlər görməyiniz məsləhətdir.

Diz ağrıları yaş qruplarına görə də müxtəlif səbəblərdən ortaya çıxır. Peşə və idman fəaliyyəti də buna təsir edən amillərdəndir. Bəzi diz narahatlıqlarının təcili cərrahi müdaxiləyə ehtiyacı ola bilər, bəzi narahatlıqlar isə uzun müddət davam edən reablitasiya müalicəsi ilə aradan qaldırıla bilər. Dizlərdəki narahatlıqlar daha çox menisklə bağlı olur. Lakin problem bununla bitmir.

Diz ağrılarına qarşı biganə olmayın

Əgər dizinizdə zərbə nəticəsində şişkinlik, hərəkət məhdudluğu yaranıbsa, yeriyərkən dizinizdə anormal vəziyyət hiss edirsinizsə, dizdə klidlənmə və ya “boşluğa getmə” vəziyyəti varsa, mütləq həkimə müraciət edin. Dizdə şişkinlik, şişən bölgədə istilik və yüksək hərarət yaranarsa, bu, təcili olaraq cərrahi müdaxilə lazım olmasına işarədir. İdmanda həddindən artıq yüklənmə dizlər üzərinə düşür. İdman etmək sağlamlıq üçün son dərəcə lazımlı amildir. Lakin gərgin idman fəaliyyəti və həddən çox yüklənmə narahatlıqlar, hətta bəzən geriyə qayıdışı olmayan zədələrə səbəb ola bilər. Diz qapaqlarının zədələnməsi tez-tez rast gəlinən haldır. Xüsusən idman fəaliyyətlərində və ağır işlər nəticəsində meydana gəlir. Menisk də gərgin idman edən və işləyən zaman mütəmadi olaraq diz çökməyə məcbur olan insanlarda daha çox rast gəlinir. Söhbət xüsusən uşaqlardan gedirsə, diqqət və həssaslıqla yanaşmaq lazımdır.

Uşaqlarda sümüklər və pineal qığırdaqları çox yumşaqdır. Həddindən artıq yüklənmə dizin ön qismindəki yumşaq qığırdaq parçasının zədələnməsinə, müxtəlif narahatlıqların yaranmasına səbəb ola bilər.

Menisk nədir?

Hər kəs menisk xəstəliyi haqqında eşidib, lakin bu xəstəlik haqqında məlumatı olanlar çox azdır. Menisk xəstəliyi toxumalarla bağlıdır. Bu xəstəliyə “menisk yırtığı” demək daha doğru olar. Dizin alt və üst sümüyü arasında olan və adətən amartisator kimi işləyən incə bağ toxumalarına menisk deyilir. Meniskin yırtılması, dizdə ağrı və şişə səbəb olur. Hətta yırtıq çox böyükdürsə, diz bağlana bilər. Diz bağlanması, ayaq üstə duran zaman dizdə ağrı yaranması, şişkinlik menisk yırtıqlarının əlamətləridir. Menisk yırtıqları tikilə bilər və müalicəsi mümkündür. Bəzi yırtıqlara heç bir cərrahi müdaxilə lazım olmasa da, bəzilərini cərrahi müdaxilədən sonra da əvvəlki halına qaytarmaq mümkün deyil. Meniskdə yırtıq olan yerdə qan damarları yoğundursa, müalicədən sonra sürətlə sağalma mümkün olar. Lakin qan damarlarının yoğun olmadığı yerlərdə sağalma ehtimalı azdır./Lent.az
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.