Səbəbsiz gülüş bu 4 XƏSTƏLİYİN simptomu ola bilər
Lakin bəzən gülüş xəstəliyin simptomu kimi meydana çıxa bilər. Təbii ki, burada söhbət idarə olunmayan, səbəbsiz, qeyri-təbii, patoloji gülüşdən gedir.
Belə gülüş bu kimi xəstəliklərin simptomu ola bilər:
- Beyin şişləri və ya kistaları. Səbəbsiz gülüş bəzən bu pozulmaların simptomu kimi meydana çıxır. Bu zaman kista və ya şişin cərrahi yolu ilə xaric olunması insanı patoloji gülüşdən azad edir.
- Angelman sindromu. Nadir genetik xəstəlikdir. Bu sindromu olan insanların psixiki inkişafında geriləmə olur, nitqi pis inkişaf edir. Angelman sindromu olan insanlar daim səbəbsiz gülür və gülümsəyir - bu xəstəliyin ən xarakterik simptomlarından biridir.
- Alsgeymer xəstəliyi (ağıl zəifliyi, demensiya). İngiltərə alimləri araşdırmalar zamanı aşkar ediblər ki, "qara" yumor, yersiz gülüş demensiyanın ilk simptomlarından biri kimi meydana çıxır.
- Biopolyar pozulma (bəzən bu pozulmanı "maniakal depressiya" adlandırırlar). Bu halda əhval-ruhiyyənin tez-tez deyişkənliyi müşahidə olunur.
Maniakal vəziyyətdə insan çox danışır, yuxudan imtina edir, imkanlarını real qiymətləndirə bilmir, hərəkətlərinin son nəticələrini proqnozlaşdırmaqda çətinlik çəkir. Xəstəliyin simptomlarından biri də səbəbsiz patoloji gülüşdür.