Sizi 5 yaş gənc göstərəcək krem - Özünüz hazırlayın
Lazım olan vəsaitlər:
1 qaşıq hindqozu yağı
2 damcı E vitamini
2 damcı kəklikotu yağı
Hazırlanması:
Hindqozu yağı, E vitamini və kəklikotu yağını bir qabda yaxşıca qarışdırın. Krem halına gələn qarışımı hava keçirməyən bir qaba qoyduqdan sonra soyuducuda saxlayın. Bu göz kremini yatmadan iki saat əvvəl bütün gözə masaj edərək yedirin. Krem çox olarsa, salfetlə təmizləyin. Göz kənarındakı qırışların daha asan və təsirli şəkildə azaldığını görəcəksiniz.
Gözlər üçün möhtəşəm bir qarışım olan bu göz kremini makiyajı silmək üçün də istifadə edə bilərsiniz.
lent.az