Bunu Araşdıran hər Kəs ölür.

27 Ekim 2014
1 556
0
Bunu Araşdıran hər Kəs ölür.
Bunu Araşdıran hər Kəs ölür.

1991-ci ildə Avstriya - İtaliya sərhədindəki Alp dağlarının Ötzlər silsiləsində tapılan mumya dünyanı təəccübləndirməkdə davam edir. Tapıldığı yerə uyğun olaraq "Ötzl" adı verilən bu mumya indiyə qədər olduğu kimi qalıb. Ancaq "Buz adam" mumyasının maraqlı tərəfləri bununla bitmir. Ötzl mumyasını araşdırmaq istəyən bütün alim və araşdırmaçılar naməlum səbəblərdən ölürlər. Belə ki, bu günədək bu mumyanı araşdıran 7 arxeoloq vəfat edib.

Qeyd edək ki, lənətlənmiş "Buz adamı"nın ölümü müxtəlif səbəblərlə izah edilir. Əsas səbəb kimi isə qar fırtınası göstərilir. Ancaq Ötzinin vücudunda aparılan araşdırmada ox izinə rast gəlinib. Bundan əlavə, onun biləklərində və bədəninin digər hissələrində yaralar aşkar edilib. Bir sözlə, "Buz adamı" ilə bağlı hələ ki, dəqiq araşdırma aparılması mümkün olmayıb. Sadəcə, onun 30-35 yaşlarında öldüyü məlumdur.
mənbə:lent.az
Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.